“Dövlət nə edirsə, bu prosesdə vətəndaşını maksimum az itirmək, maksimum xəstəliklə uğurla mübarizə aparmaq üçün edir. Bu prosesdə ən çox əziyyət çəkən, sözün həqiqi mənasında gecəsi-gündüzü olmayan peşə sahiblərindən biri də polis olub. Prosesi son dərəcə yaxşı aparıblar.
“Dövlət qanunu qoruyan, vətəndaş isə qanunsevər olanda gözəldi!”
Banuçiçək Kalbalıyeva
10:45 10.06.2020
Cəmiyyət
874
“Hamı qanuna əməl etməlidir, nəinki polisin, heç kimin başına zibil atmaq olmaz”
“Etirazın bu yolu cəmiyyəti, ölkəni uçuruma aparar"
"Belə hərəkətə bu ölkədə hüquqi dövlət quruculuğunun uğurla başa çatmasını istəyənlər etiraz eləməlidilər”
“Pandemiyanın gətirdiyi yeni şərtlər ağır oldu. Hamının əsəb gərginliyi yaranır, vətəndaşın da, siyasətçinin də, polisin də”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı koronavirusla mübarizə şəraitində polis işçilərinin əməyini dəyərləndirərkən deyib.
O, insanları səbrli, soyuqqanlı olmağa dəvət edib:
“ Zatən bu prosesin əvvəlindən mütəxəssislərin proqnozları arasında bu da var idi. Uzun vədəli karantin prosesi insanların əsəbini gərəcək, ümumən, cəmiyyətlərdə aqressiya artacaq. Çünki hamımızın ənənəvi həyat tərzi dəyişib, məhdudiyyətlər insan üçün həmişə qəbuledilməz olur, hər birimizin alt şüurunda özümüzün, yaxınlarımızın həyati təhlükəsi, bu illətə yoluxma təhlükəsi var. Statusundan, işindən, maddi vəziyyətindən asılı olmayaraq, hamını "sabah necə olacaq" sualı düşündürür. Dünya bir naümidliyin içindədi, nəinki hər hansı bir ölkə. Ona görə də bu dövrdə hər birimizdən maksimum səbr, təmkin, hövsələ, dözümlülük tələb olunur”.
V. Mahirqızının fikrincə, polislərin əməyi, həyata keçirdikləri təhlükəsizlik tədbirləri adekvat qiymətləndirilməlidir:
“Dövlət nə edirsə, bu prosesdə vətəndaşını maksimum az itirmək, maksimum xəstəliklə uğurla mübarizə aparmaq üçün edir. Bu prosesdə ən çox əziyyət çəkən, sözün həqiqi mənasında gecəsi-gündüzü olmayan peşə sahiblərindən biri də polis olub. Prosesi son dərəcə yaxşı aparıblar.
Qayda-qanunlar ona əməl edən 99 faiz kimi, ona əməl etməyən 1 faizə də aiddir. Hamı əməl etməlidir, nəinki polislə, heç kimlə sayğısız davranmaq olmaz, nəinki polisin, heç kimin başına zibil atmaq olmaz. Etirazın bu yolu cəmiyyəti, ölkəni uçuruma aparar.
Ona görə də belə hərəkətə ən çox bu ölkədə hüquqi dövlət quruculuğunun uğurla başa çatmasını istəyənlər etiraz eləməlidilər. Hər yerdə polis qanunun, dövlətin sərt üzüdür. Polisin sıralarında on minlərlə əməkdaş var. Və onların heç biri bu ölkəyə nəinki başqa planetdən, heç başqa ölkədən də gətirilməyib. Onlar da elə onlara zibil atanlarla eyni təhsil sistemində yetişiblər, oxşar təfəkkürlü ailə mühitində böyüyüblər.
Balaca ölkəyik, axtarsan, ordakı polislərlə insident yaradan vətəndaşlar arasında neçə qohum, neçə ortaq tanış tapacaqsan. Deməyim o ki, polis də vəzifəsinə uyğun olmayan adekvat reaksiya verə bilir, necə ki, ötən günlərdə bəzi epizodlarda təəssüf ki, bunun da şahidi olduq.
Məncə, sosial mediada da bu aqressiyanı, qarşılıqlı ittihamı bitirmək lazımdır. Dövlət böyük, güclü, bağışlayan, qanunu qoruyan olanda, vətəndaş dövləti naminə fədakar, anlayışlı və qanunsevər olanda gözəldi!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq