“e-rüsum” informasiya sistemi yaradılacaq, dövlət rüsumları "e-bildiriş" əsasında ödəniləcək
Yusif Nəzərli
15:35 10.12.2024
Cəmiyyət
440
"Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sistemi yaradılacaq və dövlət rüsumları "e-bildiriş" əsasında ödəniləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təklif edilən “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş"in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
"e-bildiriş" dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. "e-bildiriş"in tərtibi, tətbiqi və uçotu qaydaları, "e-bildiriş"in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, Dövlət büdcəsinə dövlət rüsumu üzrə daxilolmaların izlənilməsi, operativliyin, səmərəliliyin və proqnozlaşdırmanın keyfiyyətinin artırılması, dövlət rüsumu üzrə dövlət büdcəsinə hesablanmış vəsaitlərin təyinatı üzrə köçürülməsinə nəzarətin təkmilləşdirilməsi məqsədilə dövlət rüsumlarının e-bildiriş əsasında ödənilməsi və bu sahədə "Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sisteminin yaradılması təklif olunur.
İnformasiya sisteminin yaradılması və dövlət rüsumunun sistem vasitəsilə təqdim edilən "e-bildiriş" əsasında ödənilməsi uçotun təşkilində rəqəmsallaşmanın tətbiqini, dövlət rüsumu üzrə hesablanmış məbləğlərin vaxtında və düzgün olaraq dövlət büdcəsinə köçürülməsini, bu prosesə elektron nəzarətin və uçotun təşkil edilməsini, dövlət rüsumu üzrə hesablanmış daxilolmalarla bağlı məlumatların rüsum tutan orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsini mümkün edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm