
Ekspert: Yerli istehsal maşınlarla bağlı marketinq çox bərbad vəziyyətdədir
11:25 19.02.2025
Cəmiyyət
638
2025-ci ilin yanvar ayında Azərbaycanda 235 ədəd minik avtomobili, 8 ədəd isə yük avtomobili istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 42.1%, yük avtomobili istehsalı isə 87.3% azalıb.
Qeyd edək ki, cari ilin fevral ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 141 ədəd minik, 4 ədəd isə yük avtomobili təşkil edib.
Hesabat dövründə ölkədə 46 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% azdır.
Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, Azərbaycanda avtomobil istehsal edilmir:

“Başqa ölkələrdən detallar gətirilir və burada yığılır. Digər tərəfdən 235 ədəd o qədər də az rəqəm deyil. Amma biz bunu istəmirik. Biz arzu edir ki, gələcəkdə özümüzün bazamız olsun, öz modelimizi yaradaq, avtomobilimizi istehsal edək və milli brendimiz formalaşsın. Başqa ölkələrin məhsullarının burada yığılması ilə isə təcrübə toplamış kimi sayılırıq. Lakin ən yaxşısı o olar ki, biz elə öz brendimizi yaradaq və dünyaya təqdim edək. Ancaq bunun hazırda nə dərəcədə real və mümkün olduğunu deyə bilmərəm. Mənə elə gəlir ki, bir gün bu baş tutacaq. Həmçinin Azərbaycanda yığılan bu avtomobillərə də kifayət qədər maraq var. Hətta bir maşın modeli var ki, onun satışı ilə bağlı əməlli başlı növbələr yaranır. Sadəcə yerli istehsal maşınlarda, azərmarş, digər xarici Çindən və digər ölkələrlə müştərək yığılan şirkət maşın brendləri heç vaxt reklam kampaniyasına üstünlük vermirlər və öz məhsullarını bazarda reklam etmək istəmirlər. Arxayındılar ki, yerli istehsaldır deyə gəlib hamı alacaq, amma elə şey yoxdur. Dünyanın ən məşhur brendləri bu gün öz reklamlarını, davam etdirir. Azərbaycanda üç dənə, başqa ölkənin kopyası yığılır və hansısa brendin burada nüsxəsi yaradılır. Özlərini elə aparırlar elə bil ki, dünyanın ən məşhur avtomobil şirkətləri bunlardır. Reklam, təbliğat və öz məhsullarını satmaq bacarığı yoxdur. Ümumiyyətlə yerli istehsal maşınlarla bağlı marketinq çox bərbad vəziyyətdədir, problem də elə bundan irəli gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm