Ekspertdən sərt tənqid: "Dənizi yenidən hasarlayırlar"
07:09 05.08.2020
Cəmiyyət
578
“Bir il əvvəl Pirşağıda məşhur beş villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu, mediada geniş işıqlandırılmışdı. Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Daşdan tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr söküldüyünü müşahidə etdim”.
"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, bu il Pirşağıda gördüyü mənzərəyə yenə təəccüblənib:
“Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından, həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü üç metrə yaxın dəmir dirəklər basdırmışdılar.
Bu adamlar dövlətə və millətə meydan oxuyaraq, “biz qanundan güclüyük” demək istəyirdilər. İlk qapalı villanın Penitensiar Xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim. Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm.
Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin villanın sahibi kimdirsə, nümayişkaranə şəkildə dənizi yenidən insanlara qapatmışdı. Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır. Buna baxmayaraq, “dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldur.
Ancaq bu gün daha bir sürprizlə qarşılaşdım. Bu gün dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm