Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İT xərclərinə 30 %-dək qənaət edəcək
Yusif Nəzərli
13:51 27.03.2022
Cəmiyyət
593
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bütün İT infrastrukturu “Hökumət buludu”na inteqrasiya olunub.
Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azintelekom” MMC-dən bildirilib.
Məlumata görə, inteqrasiya Novruz bayramı günlərində həyata keçirilib.
Bu inteqrasiyanın həyata keçirilməsi ƏƏSMN-nin İT xərclərinə 25-30 faiz qənaət etməsinə şərait yaradacaq.
“Hökumət buludu”na qoşulduqdan sonra Nazirlik üçün ayrılmış İT resurslarının idarə edilməsni “Özünüidarəetmə platforması” vasitəsilə həyata keçiriəcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 2.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili mərkəzləşmiş şəkildə “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir.
Azərbaycan Prezidentinin G-cloudun yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 2019-cu il 3 iyun tarixli Fərmanına əsasən, “Hökumət buludu” layihəsinin həyata keçirilir.
“Hökumət buludu” ilə dövlət informasiya sistemlərinin istismarına, infrastrukturunun qurulmasına və standartlarının formalaşdırılmasına, habelə dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin azaldılmasına və dövlət qurumları üçün mərkəzləşdirilmiş infrastrukturun yaradılmasına nail olunacaq. Beləliklə, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi imkanı yaranacaq.
Fərmanda qeyd olunduğu kimi, “Hökumət buludu”nun fiziki təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidməti ilə “bulud” infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə qorunması üçün birgə tədbirlər görüləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm