Erkən nikahlar artır! - “Dünyaya uşaq gətirməklə ana olunmur”
Fidan Həmişəyeva
13:08 01.07.2021
Cəmiyyət
496
Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub. Rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.Daxili İşlər Nazirliyi (DİN) hadisəyə münasibət bildirib. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Məlumatla əlaqədar Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.
Hadisəni “Sherg.az”a dəyərləndirən yazıçı-jurnalist Türkan Turanın sözlərinə görə, 21-ci əsr olsa da, bu cür hallar davam edir:
“Pişik quyruğunu qovalayırmış kimi belə hadisələr durmadan təkrarlanır. Təəssüf ki, erkən yaşda nikah və ana olmaya heç bir şəkildə həll yolu tapılmır. İnsanlar özlərini inkişaf etdirmirlər. Bəzi ailələr evdən bir boğaz azalmasının hayındadırlar.
Problem yenə də dönür-dolaşır xəstə və çürük cəmiyyətin, ailələrin üzərində dayanır. “Filankəs qızını tez ərə verdi, qoy mən də verim” düşüncəsi ilə yaşayırlar. Pandemiyadır və toyların keçirilməsi məhdudlaşıb. Buna baxmayaraq, çoxları oğul evləndirib, qız ərə verməkdə israrlıdır. Son nəticədə bütün bunların acısını dünyaya gələcək uşaqlar çəkir.
Qız 17 yaşında ana olubsa, deməli, 15-16 yaşında ərə verilib. Qanunvericilikdə qızların ailə qurmaq yaşı 18-dir. Bu isə o deməkdir ki, ortada qeyri-qanuni evlilik ərsəyə gəlib.Cəmiyyətin ən böyük problemi erkən yaşda ərə verilən qızların dünyaya nikahsız uşaq gətirməkləridir. Sabahısı günü ayrılıq baş verirsə, aliment problemi yaşanır. Hazırda çox qadının aliment ala bilməməsinin səbəbi sırf nikahsız evlilikdir. 17 yaşında bir qız övladına nə verə bilər axı? Onsuz da bu yaşda qızın düşüncələri kasaddır. Dünyaya uşaq gətirməklə ana olunmur. Ana övladını hərtərəfli şəkildə böyüdə bilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual