Ermənistan ekoloji terroru davam etdirir:“Oxçuçayda da eyni vəhşilik..."
Fidan Həmişəyeva
13:07 06.07.2021
Cəmiyyət
491
“Baş verənlərlə bağlı beynəlxalq təşkilatların susqunluğunu qınayırıq!”
“Bütün dünyanın bəhrələndiyi ekoloji sistemə vurulan ziyanlar sərt şəkildə ifşa olunmalıdır”
Bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə, Zəngilan rayonundakı Oxçuçayda nikel, dəmir və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb. Çay hövzəsində bioresusların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi məhvi aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir.
Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub. Təbii ki, mövcud durum ermənilərin növbəti ekoloji terrorundan xəbər verir. Soros şəbəkəsinin Azərbaycanda özəl maraqları, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi, Azərbaycanın öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması-bütün bunlar ekologiyamıza vurulan ziyanların əsas səbəblərindəndir.
Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı yalnız ərazi iddiaları ilə bitməyib:
“Uzun illər ərzində işğal altında olan torpaqlarımızda bir çox təbii resurs məhv olunub. Təbiətə, ətraf mühitə, ekologiyaya vurulan ziyan yalnız bir ölkəyə aid deyil, bütövlükdə qlobal məsələlərdən biridir. Çünki ətraf mühitin qorunması qlobal dəyərdir. Ermənistanın 30 illik işğalçılıq siyasətindən sonra Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız azad edildi.
Bütün dünya gördü ki, Ermənistanın təcavüzkarlığı yalnız Azərbaycan xalqına deyil, ekologiyaya qarşı olan təcavüzkarlıqdır. Müharibənin sonuna yaxın bəzi kəndlərimizdə Livandan, Suriyadan gətirilmiş ermənilər yerləşdirilmişdilər. Həmin ermənilər gördü ki, Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa edir.
Onlar torpaqlarımızı tərk edərkən şahid olduq ki, nəinki ev-eşikləri, hətta təbiəti məhv etdilər, ağacları kəsdilər, meşələri qırdılar. Dünyada bundan dəhşətli vəhşilik və vandalizm yoxdur. Neçə illər ərzində Sərsəng su anbarına ən zəhərli tullantıları atırdılar.
Oxçuçayda da eyni vəhşiliyin şahidi oluruq. Azərbaycan xalqı və bütün dünya Vətən müharibəsi dövründə ermənilərin faşizm mahiyyətini gördü. Ona görə də bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməliyik. Lakin belə təşkilatların da əksəriyyəti ermənipərəst mövqe sərgiləyirlər”.
Xanım parlamentari vurğulayıb ki, Oxçuçayda erməni vandallarının törətdikləri ekoloji terror, flora-faunaya qarşı etdikləri təcavüzkarlıq onların mahiyyətini ortaya qoyur:
“Təəssüf ki, beynəlxalq təşkilatlar da bu duruma reaksiya vermirlər. Amma heç bir şübhə yoxdur ki, Qarabağ dünyanın ən gözəl diyarına çevriləcək. Bunu Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb.
44 günlük müharibədə “dəmir yumruğumuz” ermənilərin başına elə dəydi ki, separatçı ölkəni səfalət bürüdü. Buna baxmayaraq, yenə də əllərindən gələni edib ürək bulandırırlar.
Onlar həmin torpaqların bizə məxsus olduqlarını gözəl anlayırlar. Baş verənlərlə bağlı beynəlxalq təşkilatların susqunluğunu qınayırıq! Bütün dünyanın bəhrələndiyi ekoloji sistemə vurulan ziyanlar sərt şəkildə ifşa olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm