Ət indi çox tez xarab olan qidadır
Fidan Həmişəyeva
08:35 03.07.2021
Cəmiyyət
444
Sanitar qaydalara əməl etməyən kəsim yeri sahibləri sərt cəzalandırılmalıdır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra heyvan kəsimi məntəqəsində monitorinq aparıb. Qurumdan verilən məlumata görə, əksər heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir. Qaradağ rayonu üzrə 11, Nizami rayonu üzrə 3 qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqəsi aşkar edilib.
Sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Ancaq bu sahədəki xoşagəlməz halların aradan qaldırıldığının şahidi olmuruq. Təəssüf ki, bu durumda insan sağlamlığı ciddi təhlükə altındadır. Bəs, alternativ olaraq hansı tədbirlər görülməlidir ki, neqativliklər aradan qalxsın?
Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyevin “Şərq”ə açıqlamasına görə, qida məhsulları ilə əlaqədar adi bir pozuntuya yol verilməsi məhsulun korlanmasını şərtləndirir:
“Bilirik ki, yüksək keyfiyyətli hazır məhsul istehsalı ilkin olaraq xammalın keyfiyyətli olması ilə şərtlənir. Xammalın keyfiyyətli olması isə ətin kəsimindən asılıdır. Ət kəsimi zamanı sanitar qaydalar və normativ tələblər ödənilmirsə, deməli, məhsul bioloji çirklənmiş hesab edilir. Sonradan nə qədər emal edilsə də, həmin ətin keyfiyyət göstəriciləri aşağı düşür. Məlumdur ki, ət tez xarab olan qidalar qrupuna aiddir. Antisanitar vəziyyətdə ətin üzərində olan yoluxmuş mikroorqanizmlər məhsulu korlayır.
Aparılan monitorinqlərin ara məsafəsini qısaltmaq lazımdır. Çünki bəzi hallarda standartların tələbini təmin edən şəraiti yaradırlar, ancaq bir neçə müddət sonra həmin şərait pozulur və nəticədə antisanitar durum meydana çıxır. Hansı ki, biz də orada kəsilən ətlərdən istifadə edirik. Beləliklə, orqanizmdə müxtəlif xəstəliklər yaranır”.
Ekspert qeyd edib ki, tələbləri təmin etməyən ət istehsalçıları varsa, onlar hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmalıdır:
“Birini tutub sonra azadlığa buraxırıqsa, 10 gündən sonra eyni durum təkrarlanır. Ona görə də bu sahədə xoşagəlməz hallar bitmir. Ət istehsalçıları mütləq məsuliyyətə cəlb olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual