FACİƏ! “Övladlarının ölümünə razı olurlar, boşanmasına yox”
Fidan Həmişəyeva
14:56 06.07.2021
Cəmiyyət
498
“2021-ci il olsa da, hələ cəmiyyətimizdə “gəlinliklə getdiyin evdən kəfənlə çıxacaqsan” düşüncəsi hökm sürür”
Şamaxı rayonunda hamilə qadın intihar edib. Hadisə Qaleybuğurt kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Quliyeva Səkinə Sədrəddin qızı yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb. Məlumata görə, S.Quliyeva dörd aylıq hamilə olub. Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan yazıçı-jurnalist Türkan Turan bildirib ki, 2021-ci il olsa da, hələ cəmiyyətimizdə “gəlinliklə getdiyin evdən kəfənlə çıxacaqsan” düşüncəsi hökm sürür:
“Artıq neçənci intihar hadisəsidir ki, övladı olan və ya hamilə qadınlar intihar edir. Bu hadisələr adi hal alıb. Belə halların kökündə təhsilsizlik dayanır. Qadın fikirləşir ki, valideynləri ər evindən yalnız kəfənlə çıxamalı olduğunu deyiblər, ərin yanında qala bilmir, özü isə sərbəst şəkildə öz ayaqları üzərində dura bilmir. Böyük ehtimalla intihar edən qadın hansısa peşə sahibi deyil. Ona görə qız uşaqlarının təhsil alması çox önəmlidir. Ümumiyyətlə, buna bənzər nə kimi problemlər baş verirsə, hamısı qızların təhsilsizliyindən doğur.
Hələ də valideynlərin düşüncəsi dəyişməyib. Bir ana və ata niyə övladının arxasına dayanmasın ki?
Övladlarının ölümünə razı olurlar, amma boşanmasına yox. Rayon yerlərində vəziyyət isə daha acınacaqlıdır.
Bakıdakı qadınlar heç nə bacarmasalar da, ali təhsilləri olmasa da, gedib qab yumaqla pul qazanıb çətinliklə olsa da, ayaqda qalırlar. Kənd yerlərindəki qadınlar isə tamamilə əlacsızdır. Milli mentalitet ailələrimizi tamamilə məhv edir, insanların həyatı bahasına başa gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm