Faktiki HAVA
Yusif Nəzərli
10:53 25.02.2023
Cəmiyyət
505
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, fevralın 25-nə olan məlumatına əsasən gözlənildiyi kimi ölkə ərazisində müşahidə olunan yağıntılar 25-i gecə saatlarından kəsilib.
Səhər saatlarına olan məlumata görə, qalan qar örtüyünün hündürlüyü Qaxda 88 sm, Şəkidə 29 sm, Qubada 20 sm, Ağdərədə 19 sm, Xaltanda 15 sm, Gədəbəydə 10 sm, Qəbələdə 9 sm, Oğuz, Qusarda 8 sm, Lerik, Qobustanda 3 sm, Yardımlıda 2 sm olub.
Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Şamaxı, Qrız, Salyan, Biləsuvar, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Cənub-qərb küləyi arabir Altıağacda 21 m/s, Naftalan, Tovuzda 18 m/s, Ağdam, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvanda 7°-dək şaxta, dağlıq rayonlarda 9-15° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.
Məlumatda həmçinin qeyd edilib ki, fevralın 26-da və həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 15°-dək isti, aran rayonlarında və Naxçıvanda 14-19° isti, dağlıq rayonlarda 3-8° isti olacaq
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə