Gələcəyin mühəndisləri məşhur alimlə görüşüb - Fotolar
Gələcəyin mühəndisləri məşhur alimlə görüşüb - Fotolar
Yusif Nəzərli
13:56 06.10.2023
Cəmiyyət
927
Mexanika və aerokosmik mühəndislik sahəsində dünyada tanınan məşhur alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) Azərbaycan Diaspor Komitəsinin dəvətiylə Bakıdadır. Tanınmış alim oktyabrın 2-6-da Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edir.
Uğurlu elmi nailiyyətləri ilə seçilən A.Sofiyev səfər müddətində bir sıra ali məktəblərdə professor, müəllim və tələbə heyəti ilə görüşlər keçirir, konfranslar verir. "Funksional dərəcələndirilmiş kompozitlər: Modelləmə, tətbiqlər və perspektivlər" adlanan növbəti elmi müzakirə bu gün Bakı Mühəndislik Universitetində keçirilib. Görüşü bu ali məktəbin rektoru, professor Yaqub Piriyev açaraq Abdulla Sofiyevin elmi fəaliyyətinin müxtəlif istiqamətləri barədə geniş məlumat verib, alimin son illər əldə etdiyi nailiyyətlərdən danışıb.
Y.Piriyev professor A.Sofiyevlə Türkiyədə birgə elmi əməkdaşlığından, dostluq əlaqələrindən söhbət açıb. BMU-nun rektoru qeyd edib ki, rəhbərlik etdiyi ali məktəbdə məşhur alimlərlə görüşlərin keçirilməsi, ustad dərslərin təşkili nəzərdə tutulub. Məşhur alimlərlə müəllim - tələbə heyətinin görüşlərinin müsbət nəticələr doğuracağına əminliyini ifadə edən Y.Piriyev sözü qonağa verib.
A.Sofiyev universitetin alim, tələbə və müəllim heyəti qarşısında 1996-cı ildən Türkiyədən başlayan elmi araşdırmalarından, dünyanın müxtəlif ölkələrində keçirdiyi elmi konfrans və simpoziumlardan, uğurlarının Azərbaycan alimləri, elm-təhsil müəssisələri ilə birgə paylaşımından bəhs edib. Elmi terminoloji və akademik üsuldan bəzən kənara çıxaraq sadə dillə dünyanın mühəndislik və aerokosmik mühəndislik sahəsində qarşıda duran vəzifələrə və problemlərə toxunub.
Elmi araşdırmalarını davam etdirdiyini auditoriyaya çatdıran A.Sofiyev Dördüncü Sənaye İstilabının yaratdığı imkanları dəyərləndirib, mühəndislərin, materialşünasların, texniki elmlə məşğul olan alimlərin qarşısında dayanan problemləri sadalayıb. Elmdə uğur qazanmağın yalnız istedadla deyil, əzmlə çalışmaqdan keçdiyini ifadə edib, uğurlu alim obrazının formulunu məruzəsi fonunda təqdim edib.
Qeyd edək ki, professor A.Sofiyev (Avey) "Beynəlxalq mexanika" jurnalının redaksiya heyətinin üzvüdür. 13 magistr və 5 elmlər doktoru yetişdirib. 300-dən artıq fundamental elmi məqaləsi mühəndislik, nanomaterial, kompozitlər, tətbiqi riyaziyyat və fizika jurnallarında çap olunub. Məqalələrinin 165-i çox mötəbər beynəlxalq (SCİ) jurnallarında işıq üzü görüb.
Dünyanın müxtəlif elm mərkəzləri və alimlər A.Sofiyevin elmi tədqiqatlarına 5 mindən çox istinad edib.
Türkiyənin bir çox universitetlərində və Almaniyanın Karleruhe Universitetinin Texniki Mexanika İnstitutunun elmi layihələrdə iştirak edən A.Sofiyev TUBİTAK və NATO dəstəkli layihələrdə uğurla iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya