Gələn il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək
Yusif Nəzərli
06:14 28.12.2024
Cəmiyyət
513
2025-ci ildə iki Günəş, iki Ay olmaqla ümumilikdə dörd tutulma baş verəcək.
Bu barədə APA-ya Şamaxı Astrofizika rəsədxanasından xəbər verilib.
Bildirilib ki, tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar ki, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509'-lik bucaq əmələ gətirir. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində isə əlavə olaraq Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.
2025-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək. 14 mart və 7 sentyabrda baş verəcək Ay tutulmalarının hər ikisi tam Ay tutulması olacaq. Tam Ay tutulması zamanı Ay bütövlükdə Yerin kölgəsindən keçir. 29 mart və 21 sentyabra təsadüf edən Günəş tutulmaları isə qismən tutulma olacaq, yəni ay Günəş diskini tamamilə örtə bilməyəcək. 2025-ci ildəki tutulmalardan yalnız biri - 7 sentyabrda baş verəcək Ay tutulması Azərbaycandan müşahidə olana biləcək.
14 martda ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın bir hissəsi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə 6 saat davam edəcək. Tutulmanın maksimumumu saat 10:58-də olacaq.
7 sentyabrda isə ikinci Ay tutulması olacaq. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı, Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
İlin ilk Günəş tutulması isə 29 martda baş verəcək. Günəş tutulması ümumilikdə Şimali Amerikanın şimal-şərq hissəsi, Cənubi Amerikanın şimalı, Avropa, Asiyanın şimalı, Arktika, Atlantik okeanı əhatə edəcək. Tutulma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq və saat 16:43-də bitəcək.
Sonuncu tutulma hadisəsi 21 sentyabra təsadüf edir.Tutulma Avstraliyanın cənub şərq hissəsini, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 17:29-da başlayıb saat 21:53-də bitəcək tutulmanın maksimumu saat 19:41-ə uyğun gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm