Gənclər Fondu ilk dəfə rəqəmsal mövzuda qrant müsabiqəsi elan edir
Gənclər Fondu ilk dəfə rəqəmsal mövzuda qrant müsabiqəsi elan edir
11:00 18.10.2024
Cəmiyyət
400
Azərbaycan Respublikasının Gənclər Fondu ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir. Bu müsabiqə rəqəmsal texnologiyalar sahəsində innovativ həllərin dəstəklənməsinə və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına yönəlib. Müsabiqənin məqsədi gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək və onları internet məkanında kreativ rəqəmsal məzmun yaratmağa təşviq etməkdir.
Fonddan Sherg.az-a bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları oktyabrın 18-dən noyabrın 10-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri Fondun E-xidmətlər Sistemi vasitəsilə elektron qaydada təqdim edilə bilər.
Müsabiqəyə təqdim olunan layihələr iki əsas istiqaməti əhatə edir:
-Birinci istiqamət rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və ya inteqrasiyası vasitəsilə innovativ həllər təklif edən məhsulların yaradılmasını nəzərdə tutur. Buraya veb-saytlar, tətbiqlər, süni intellekt əsaslı çatbotlar və analiz alətləri, virtual reallıq (VR) və artırılmış reallıq (AR) tətbiqləri, əşyaların interneti (IoT) əsaslı həllər daxildir;
-İkinci istiqamət isə müxtəlif rəqəmsal platformalarda yaymaq üçün nəzərdə tutulmuş, rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə hazırlanmış kreativ maarifləndirici, məlumatlandırıcı və əyləncəli videoməzmunun yaradılmasını əhatə edir. Bu material sosial media hesabları və digər rəqəmsal kanallar vasitəsilə yayımlana bilər.
Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Fond tərəfindən fiziki şəxslərin fərdi layihələri üçün maksimum 5000 manat, gənclər təşkilatlarının yerli layihələri üçün maksimum 10000 manat, beynəlxalq layihələr üçün isə maksimum 15000 manat qrant ayrılacaq.
Layihə təklifləri noyabrın 10-dək qəbul edilir.
Müraciət zamanı layihənin təsviri, təqdimatı, maliyyə əsaslandırması (büdcə planı) və ilkin tədbirlər planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdim etmək hüququna malikdir. Gənclər Fondu ilə qrant müqaviləsi imzalamaq və layihənin idarə olunması layihə rəhbəri tərəfindən şəxsən həyata keçirilməlidir.
Layihələr seçilərkən yenilik və unikal yanaşma, təklif olunan müddət və büdcə çərçivəsində həyata keçirilmə imkanları, texnoloji uyğunluq və reallaşdırılma potensialı kimi meyarlara üstünlük veriləcək.
Müsabiqə haqqında daha ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO
16:52 19.08.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:31 19.08.2026
Ekologiya
Rus ordusu Vodyanskoyeni işğal etdi
16:22 19.08.2026
Gündəm
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya