
Geomaqnit qasırğası zamanı nə etməli? -Həkimdən tövsiyə
13:10 05.06.2024
Cəmiyyət
785
Alimlər xəbərdarlıq ediblər ki, 2024-cü ilin iyun ayında bir neçə olduqca nəzərə çarpan maqnit qasırğası yaşayacağıq. Buna görə də, özünüzü onların mənfi təsirlərindən qorumaq vacibdir. Medicina.az xəbər verir ki, Ayın əvvəlində Yer kürəsini ilk güclü maqnit qasırğası bürüyəcək. İyunun 4-5-də 6 bal gücündə günəş aktivliyi gözlənilir və ona görə də bu günlərdə sağlamlığınıza daha çox diqqət yetirməlisiniz.
Sonra iyunun 9-da günəş aktivliyində bir günlük artım proqnozlaşdırılır, bundan sonra 12-dən etibarən ən azı 4 gün davam edəcək uzunmüddətli qasırğa ilə üzləşəcəyik.
Günəş alovlarının yaratdığı bütün qasırğalar güc səviyyəsinə görə təsnif edilir - K-indeksi 2-dən K-indeksi 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, onun nəticələri bir o qədər güclüdür. K-indeksi 5-dən yuxarı olan bütün qasırğalar qırmızı səviyyəli fırtınalardır. Onlar peyk, GPRS, mobil və ya radio rabitəsi ilə bağlı problemlər yarada bilər.
Son vaxtlar yer üzərində güclü geomaqnit həyəcanlanması baş verir. Bəs, görəsən, bu maqnit qasırğası insanların səhhətinə necə təsir edir? Bunun mənfi təsirlərindən qorunmaq üçün hansı tədbirlər görmək lazımdır?
Mövzu ilə bağlı danışan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, artıq anormalar istilər davam etdiyindən maqnit qasırğaları tez-tez baş verir:
''Güclü maqnit qasırğaları insanın sağlamlığına mənfi təsir göstərir. Xüsusi ilə bu vaxt xroniki xəstəliyi olan, qan təzyiqi yüksək,ürək-damar sistemində problemi olanlar, şəkər xəstələri çox ehtiyyatlı olmalıdırlar. Belə insanların vacib işləri yoxdursa, mümkün qədər evdən çıxmamaları məsləhətdir. Həmçinin, yüksək temperatur baş verdikdə həmin qrupa daxil olan şəxslər də özlərini qorumalıdırlar. Təcili iş çıxdıqda isə mütləq üzərlərində dərman olmadan çıxmasınlar. Hətta, yay aylarında günvurmaların sayı da artır. Bunun da dərəcələri fərqlidir. Belə ki, günvurma ağır dərəcədə olduqda qusma, təzyiq yüksəlməsi baş verir. Həmçinin, bu vaxt bol maye qəbul olunmalı və qidalanmaya nəzarət edilməlidir. Daha çox süd məhsulları, meyvə-tərəvəz qəbul etməli, yağlı qidalardan uzaq durmaq, yüngül yeməklərə üstünlük vermək lazımdır".

Ş.Namazlı vurğulayıb ki, geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə tövsiyə olunur:
“Körpə uşaqlar isə öz ağrılarını daha çox narahatlıqlarla, ağlamaqla büruzə verirlər. Valideynlər bunu daha çox ərköyünlük kimi dəyərləndirirlər. Amma bu, narahatlıq, dəridə qızartılar, iştahsızlıq, yuxusuzluq kimi problemlərlə özünü göstərir. Onun üçün körpələrə də bol maye vermək vacibdir”.
Xəbər lenti
Hamısına bax
ABŞ generalı Odessaya səfər edib
17:55 21.08.2026
Dünya
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə