Girovun oğlundan BQXK-ya sərt sözlər: “Budur onların ədaləti ? !”
Nihat Müzəffər
13:44 19.07.2019
Cəmiyyət
1151
“Atamın sağ olub-olmadığını bilmirəm”.
Bunu "Sherg.az”a Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Onun sözlərinə görə, artıq iki ilə yaxındır ki, Beynəlxalq Qızıl Xaç Kommitəsinin (BQXK) əməkdaşları atası Dilqəm Əsgərovdan nə məktub, nə şəkil, nə də video görüntü gətirir:
“Artıq dörd ilə yaxındır ki, bununla bağlı Avropanın İnsan Haqları məhkəməsinə iş vermişik. Lakin bu sahədə heç bir dəyişiklik müşahidə etmirdik. Ona görə də qərara gəldim ki, Fransaya səfər edib Avropa Şurası Parlament Assambleyasının təşkil etdiyi tədbirdə iştirak edim.
Avropa İnsan Haqları məhkəməsində atamla bağlı müraciətimdən danışdım. Müddətin uzadıldığını diqqətə çatdırdım. Əfsuslar olsun ki, bu gün də Ermənistan beynəlxalq qurumların girovlarla bağlı verdiyi qərərların heç birini yerinə yetirmir.
Ermənilər hər zaman Azərbaycan və azərbaycanlılara qarşı qərəzli mövqe sərgiləyiblər. Elə onun nəticəsidir ki, atam Dilqəm Əsgərov beş ilə yaxındır qanunsuz şəkildə erməni girovluğunda saxlanılır. Bütün bunların qarşısında isə beynəlxalq qurumlar Ermənistana qarşı hər hasısa bir təzyiq göstərmir.
Atamgil erməni girovluğunda işgəncə altında saxlanılır. BQXK isə atamla bağlı bizə yalnız şifahi məlumat verir. Onların verdiyi məlumat məni qane etmir. Onlara inanmıram. Atamın səhhətindən nigaranam. Heç atamın sağ olub –olmadığını belə bilmirəm. BQXK bizə atamdan məktub və ya video- görüntü gətirə bilmirsə, onlar hansı mandatdan, prinsipial mövqedən danışırlar? BQXK illərdir, Azərbaycanda olan erməni girovdan ailəsinə məktub, foto, video aparır, hətta görüntülü danışdırır. Bəs nə üçün bunların heç bizlər üçündə təşkil edilmir. Danışanda ədalət deyirlər. Budur onların ədaləti ?”.
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm