Peyvənd olunmuş 30 tibb bacısı isə koronavirusun “Delta” ştammına yoluxub. Üstəlik, 24 saatlıq fəaliyyət tibb bacılarını yorub və onların depressiyaya düşmək təhlükəsi var. Ekspertlər İranda tibb bacılarının sayının normadan aşağıda olduğu qənaətindədir. Ekspertlər bildirir ki, tibb bacılarının maaşları onların rifahını təmin edəcək həddə deyil. Bu səbəbdən də İrandakı tibb bacıları başqa ölkələrdə xidmət etmək üçün ölkəni tərk edir.
Həkimlər evlərə virus daşımır
Məlahət Rzayeva
21:25 01.09.2021
Cəmiyyət
783
Şahvələd Məmmədov: "Təcili Yardım briqadası çağırışlara unitar formada, tibbi əlcək, tibbi maska, qoruyucu eynək, ya da qoruyucu kaska ilə, koronaviruslu xəstələrin çağırışına isə xüsusi kombinzon geyinmiş halda gedir"
"Belə vəziyyətdə çalışan həkimlərə “həkim gəldi, bizi yoluxdurdu”, demək hansı etikaya sığır?!"
Pandemiyada ən çox əziyyət çəkən və real təhlükə altında olan əlbəttə ki, tibb işçiləridir. Müəyyən məqamlarda onlardan narazı olsaq da, böyük fədakarlıq nümayiş etdirdiklərinin də fərqindəyik. Tibb işçiləri 2 ilə yaxındır koronavirusun əhatəsindədirlər. Təbii ki, yorulurlar. Usanırlar. Hətta bu cür ağır işdən bezib ixtisasına əlvida deyənlər də olur. Məsələn, İranda olduğu kimi. APA-nın Tehran bürosunun xəbərinə görə, İranın Tibb bacısı işçiləri sisteminin İdarə Heyətinin sədri Armin Zareiyan deyib ki, İranda 100 min nəfərdən çox tibb bacısı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. İH-nin sədri bildirib ki, koronavirusa yoluxan tibb bacılarının 30 min nəfəri Tehrandakı xəstəxanalarda çalışıb.
Peyvənd olunmuş 30 tibb bacısı isə koronavirusun “Delta” ştammına yoluxub. Üstəlik, 24 saatlıq fəaliyyət tibb bacılarını yorub və onların depressiyaya düşmək təhlükəsi var. Ekspertlər İranda tibb bacılarının sayının normadan aşağıda olduğu qənaətindədir. Ekspertlər bildirir ki, tibb bacılarının maaşları onların rifahını təmin edəcək həddə deyil. Bu səbəbdən də İrandakı tibb bacıları başqa ölkələrdə xidmət etmək üçün ölkəni tərk edir.
Ölkəmizdə də həkimlərə ehtiyac artıb. Səhiyyə Nazirliyi bununla bağlı məlumat yayıb. Nazirliyin məlumatında qeyd olunur ki, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə dəvət olunur.
Məhz təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərə ehtiyac duyması, məsələnin nə qədər mqrəkkəb olduğunu göstərir. Vətəndaşlar təcili yardımdan həmişə narazıdır. Xüsusilə də, hazırkı kritik dönəmdə. Vətəndaşlar bu fikirdədir ki, təcili yardım həkimləri evlərə virus “daşıyır”. Yəni gün ərzində viruslu xəstələrlə kontaktda olan tibb işçiləri çağırışlara getməklə başqalarını da yoluxdura bilər. Amma demə, həkimlər də vətəndaşlardan narazıdır. Bu məsələdə hər iki tərəf özünü haqlı sayır. Lakin sağlamlığımızı yenə də həkimlərə etibar edirik.
Təcili Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov hazırda həkim-xəstə münasibətlərində qəribə halların baş verdiyini dedi. Həkim-terapevt “Şərq”ə açıqlamasında qeyd etdi ki, tibb işçiləri real təhlükə altında çalışmalarına baxmayaraq vəzifələrindən imtina etmir:
- Baxın, vətəndaş “103” xidmətinə zəng edir. Deyir, təzyiqim var. Təcili Yardım çağırışa gedir. Vətəndaşın müayinəsi zamanı məlum olur ki, təzyiqi yoxuymuş, amma hərarəti 38 dərəcədir. İndi kim kimi yoluxdurdu? Təcili Yardım briqadası çağırışlara unitar formada, tibbi əlcək, tibbi maska, qoruyucu eynək, ya da qoruyucu kaska ilə, koronaviruslu xəstələrin çağırışına isə xüsusi kombinzon geyinmiş halda gedir. Təsəvvür edin, gün ərzində briqada 15-20 çağırışa çıxır. Bu qədər çağırışa kombinezonda getmək bilirsiz nə deməkdir? Bu, yorucu, üzücü bir işdir, psixoloji gərginlikdir. Növbənin sonunda isə həkim briqadası “dezkamera”dan keçir. Bakı şəhər Dezinfeksiya Stansiyasında bütün geyimini dəyişir, əvvəlki geyimlər dezinfeksiya aparatına verilir, həkim özü də dezinfeksiyaedici məhlullarla yuyunur və geyimini dəyişir. Həkimlər belə bir ağır şəraitdə çalışır. Baxmayaraq ki, növbəlilik prinsipinə riayət edilir, yenə də iş prosesi ağırdır. Belə vəziyyətdə çalışan həkimlərə “həkim gəldi, bizi yoluxdurdu”, demək hansı etikaya sığır?! Həkim də insandır, o da yorula bilər. Görünür, İrandakı tibb bacıları da yorulub. İran isti bir ölkədir, yoluxma sayı da yüksəkdir. 2 ilə yaxın koronavirus xəstələri ilə çalışmaq heç kəsə asan gəlməsin.
Ş.Məmmədov Səhiyyə Nazirliyinin həkimlərin işə qəbulu elanı məsələsinə də toxundu:
- Hesab edirəm ki, həkim, tibbi personal çatışmazlığı modul tipli xəstəxanalarda daha çox hiss edilir. “COVİD” xəstələrinin müalicəsində reanimatoloqlara, anestezioloq və infeksionistlərə böyük ehtiyac var. Yoluxma sayı artdığından həkim, tibbi personal çatışmır. Ona görə də SN belə bir elan verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol