“Həkimlərimiz pandemiya ilə inamla mübarizə aparırlar” - Deputat
Fidan Həmişəyeva
12:49 17.06.2020
Cəmiyyət
722
“Elə tibb işçilərimiz var ki, aylardır evlərinə getmirlər, ailələrindən, övladlarından ayrı düşüblər”
“Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həkimlərin bu fədakarlığını yüksək qiymətləndirirlər”
“Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası ilə mübarizənin ön cərgəsində həkimlər dayanır. Həkimlərimiz virusla mübarizədə böyük qəhrəmanlıq və fədakarlıq göstərirlər. Xalqımız onların bu xidmətini heç vaxt unutmayacaq”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Ülvi Quliyev deyib.
O qeyd edib ki, pandemiya Azərbaycan tarixinin ən ağır hadisələrindən biridir:
“Bu ağır mübarizənin yükü həkimlərin çiyinlərindədir. Dünyada pandemiya yeni yayılmağa başlayanda Azərbaycan həkimləri tam səfərbər oldular. Həmin dövrdə ölkəmizdə infeksiya çox yayılmamışdı. Sərt karantin rejimi yumşaldılandan sonra Azərbaycanda koronavirusa yoluxanların sayının artmasına baxmayaraq, vəziyyət nəzarət altındadır. Bu da dövlətin vaxtında gördüyü tədbirlərin və həkimlərin əməyinin nəticəsidir”.
Ü.Quliyev bildirib ki, bu gün peşə bayramlarını qeyd edən həkimlər bütün çətinliklərə baxmayaraq, pandemiya ilə inamla mübarizə aparırlar:
“Elə həkimlərimiz var ki, aylardır evlərinə getmirlər, ailələrindən, övladlarından ayrı düşüblər. Hətta tibb işçilərindən də koronavirusa yoluxanlar, dünyasını dəyişənlər var. Həkimlər öz həyatlarını təhlükəyə ataraq, insanlarımızı dəhşətli virusdan qorumaq, yoluxanları sağaltmaq üçün əllərindən gələni edirlər. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həkimlərin bu fədakarlığını yüksək qiymətləndirirlər. Ümumilikdə dövlətimiz tibbi işçilərinə diqqət və qayğı ilə yanaşır”.
Deputat bildirib ki, Azərbaycanda hər zaman həkim sənətinə böyük maraq olub, həkimlərə hörmətlə yanaşılıb:
“Pandemiya dövründə göstərdikləri qəhrəmanlıqlar həkimlərə bu hörmətin əsassız olmadığını təsdiqlədi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq