Hər dəqiqəsi təhlükədir, ölümdür... -AKTUAL
08:26 18.02.2025
Cəmiyyət
470
Vətəndaşlar yaxşı olar ki, mümkün qədər qanuni sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrindən istifadə etsinlər
Son vaxtlar Bakı şəhərində nəqliyyat şəraitinin yaxşılaşdırılması, ictimai nəqliyyatın təşviqi istiqamətində vacib addımlar atılsa da, bir sıra problemlər qalmaqdadır. ATV-də bununla bağlı süjet efirə verilib. Qeyd edilib ki, ciddi problemin olduğu ərazilərdən biri də Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarının ərazisinə düşən 20 Yanvar dairəsi və onun ətrafıdır. Bu ərazidə xüsusilə nəqliyyat və sərnişin axınının çox olduğu saatlarda özbaşınalıq hökm sürür. Xüsusilə qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus və mikroravtobuslar 20 Yanvar dairəsinə birləşən Moskva və Tbilisi prospektlərində tıxaca səbəb olurlar.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qeyri-leqal sərnişindaşıma ilə məşğul olanlar fəaliyyətlərini leqallaşdırmalıdır. VÖİN açdırmalı, vergi ödəməli, avtmobili saz vəziyyətdə saxlamalı, yol hərəkəti qaydalarına riayət etməlidirlər. Amma ortaya sual çıxır: vətəndaşlar sərnişindaşıma ilə qanunsuz məşğul olan avtobus və ya mikro-avtobusların xidmətindən niyə istifadə edir:
- Bəzi hallarda vətəndaş buna məcbur qalır. Sutkanın elə saatları var ki, vətəndaşlar daha tez mənzil başına çatmaq istəyir. Qrafiki, avtobusu gözləmək istəmirlər, ictimai nəqliyyatdakı sıxlıqdan, gecikmələrdən xilas olmaq üçün qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələrindən istifadə edirlər. Xüsusən də şəhərətrafı ərazilərdə, şəhərin çıxış və girişlərində tıxaclar yenə qalmaqdadır. Ona görə də qeyri-leqal sərnişandaşımaya tələbat da qalır. Deməzdim ki, vətəndaşlar bunu qəsdən, sevə-sevə edir. Bəli, vətəndaş üçün seçim olmalıdır. Amma təhlükəsizlik məsələsi də önəmlidir. Tələskənlikdən, qiymət fərqi ilə qeyri-leqal daşınmalardan istifadə edirlər.
Ekspert bildirdi ki, axşam saat 22:00-dan sonra işdən çıxan vətəndaş bəzi hallarda ictimai nəqliyyat tapa bilmir. Həmin vaxt xətdə olan avtobusların intervalı da böyüyür, uzanır:
- Vətəndaş dayanacaqda uzun müddət gözləməkdənsə, taksi xidmətindən istifadə edir. Onun üçün fərqi yoxdur, bu, qanunsuz taksidir, yoxsa qanuni. Vətəndaş bunu heç soruşmur da, soruşmağı lazım bilmir də. Onun üçün əsas tez bir zamanda evinə çatmaqdır. Kim ona bu xidməti göstərirsə, ondan istifadə edir. Nəqliyyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, müsbət dəyişikliklərə rəğmən tıxaclar yenə çox olur. Xüsusən pik saatlarda. Vətəndaş da özünə sərf edən variantı seçir. Yaxud bölgələrə qəfil, gözlənilməz səfər etməli olan şəxs Avtovağzalda şəhərlərarası avtobusun nə zaman yola düşəcəyini gözləyə bilmir. Şəhərlərarası avtobusların qrafiki ilə vətəndaşın ehtiyacı üst-üstə düşməyə bilər. Bəzən bilet almaqda çətinlik yaranır, yerlər dolmuş olur. Xüsusən istirahət və bayram günlərində. Bu halda, vətəndaş qeyri-leqal fəaliyyət göstərən nəqliyyat vasitələrindən istifadə edir.
E.Cəfərov qeyd etdi ki, vətəndaşlar ehtiyatlı olmalıdır:
- Tövsiyə edirik ki, vətəndaşlarımız diqqətli olsunlar. Və mümkün qədər qanuni sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrindən istifadə etsinlər. Qanuni sərnişindaşımada çalışanlar daşıyıcı şirkət tərəfindən yoxlanır, həm sürücülər, həm də nəqliyyat vasitəsi. Allah göstərməsin, qəza baş verdikdə də daşımanı həyata keçirən buna görə məsuliyyət daşıyır. Qeyri-leqal daşımada isə bu, yoxdur. Sərnişin hər hansı problem yaranarsa, kiməsə müraciət edib hüququnu tələb edə bilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm