Hərbi mundiri hamı geyinə bilməz ! – “Bu, qanunla tənzimlənir”
Banuçiçək Kalbalıyeva
14:48 08.01.2021
Cəmiyyət
3012
Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur.
Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq. Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir:
“Qeyd edək ki, hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir”.
Etiraf etmək lazımdır ki, mülki həyatda mundirlə gəzmək, həqiqətən, ona hörmətsizlikdir. Ehtiyatda olan polkovnik Elxan Qəniyev də bu fikirdədir. O, “Sherg.az”a açıqlamasında belə məsələlərin Qanunla tənzimləndiyini deyib:
“Tərxis olunan bütün zabit və əsgərlərin heç də hamısına hərbi formada gəzməyə icazə verilmir. Yalnız xidmətə görə fərqlənənlər belə səlahiyyət sahibidirlər. Əgər hər kəsə belə ixtiyar verilsə, onda nümunəvi hərbi qulluqçular necə fərqlənəcəklər? Nəzərinizə çatdırım ki, “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə müvafiq olaraq əsgər və zabitlərə hərbi forma daşımaq hüququ verilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm