
Hüquqşünas: Hədə-qorxu ilə tələb etmə cinayəti hesab olunur
10:33 27.01.2025
Cəmiyyət
1899
Vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19500 manat pul tələb edən 51 yaşlı Bəhlul Şıxalıyev Hacıqabulda saxlanılıb.
Bu barədə DİN-dən bildirilib.
Polis əməkdaşları tərəfindən onun üzərindən zərərçəkəndən hədə-qorxu ilə əldə etdiyi pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. B.Şıxalıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hüquqşünas Ramil Süleymanov “Sherg.az”abildirib ki, hədə-qorxu ilə tələb etmə cinayəti hesab olunur:

“Bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci, yəni hədə qorxu ilə tələb etmə maddəsi ilə sanksiyalaşdırılıb. Hədə qorxu ilə tələb edən şəxs zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə onların barəsində hansısa bir rüsvayedici məlumatları yaymaqla, əmlak tələb etmək hədəsi ilə və bu qəbildən olan hərəkətləri etməklə və ya hansısa bir hüquqlardan imtina və ya hansısa bir hüquqların əldə edilməsini tələb edir. Qeyd edim ki, bu hərəkətlərin edilməsi, üç ildən beş ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda 19500 manatdan söhbət gedirsə, bu artıq xeyli miqdarda cinayətin törədilməsidir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinə uyğun şəkildə cinayət işi başlanılacaq. Şəxsin barəsində həbs qətimkan tədbiri tətbiq edilməklə gələcəkdə məhkəmənin də bununla bağlı 5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmək kimi hüququ var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media