İlahiyyatçı: İmkanlı müsəlmanlar möhtac adamlara qurban paylamalıdır
10:10 14.06.2024
Cəmiyyət
662
Qarşıdan müqəddəs Qurban bayramı gəlir (QMİ-nin fətvasına əsasən, bu il iyunun 16-na təsadüf edir). Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcək, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq. Əksəriyyət ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək, kimsə yenə növbəti dəfə Qurban Bayramının mahiyyətini yada salacaq.
Bu bayramda vətandaşları maraqlandıran bəzi nüanslar var. Məsələn, qaurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? Əti necə bölüşdürmək lazımdır? Qurban kəsərkən hansı duaları oxumaq tələb edilir?
Suallarımızı cavablandıran ilahiyyatçı Tural İrfan ''Sherg.az"a açıqlamasında bildirib ki, Qurban İslam aləminin iki böyük bayramından biridir:
''Bu bir ibadət hesab olunur. İbadətlər bir neçə yerə bölünür və onlardan biri də malla edilən qurban ibadətidir. Qurban Allaha yaxınlaşmaq deməkdir. Bəndə öz malını Yaradan yolunda qurban etməklə demək istəyir ki, sənin yolunda mən malımı, varımı əsirgəmirəm, lazımdırsa, bu heyvan kimi canımı da qurban etməyə hazıram. İslamda qurban dəvə, camış, inək, qoyun və keçirən olur. Dəvə 5 yaşını, inək, camış 2 yaşını, qoyun və keçi 1 yaşını keçmiş olmalıdır. Lakin böyük cinsli heyvanlar var ki, 6 aylıq olsa da böyük həcmli olur, onları da kəsmək olar. Xəstə, kor, şikəst heyvan kəsmək olmaz. Qurbanı kəsən müsəlman olmalı, yönü qibləyə, Allahın adı ilə kəsməlidir. Heyvanı pirdə, atəşgahda, məzarlıqda, yol kənarında, natəmiz yerlərdə kəsmək olmaz. Kəsərkən vacib olan heç bir dua yoxdur, yalnız Allahın adı çəkilib onun üçün kəsildiyini hər kəs öz dilində deməlidir. Qurban bayramı 3 gündür. Əsas gündən 2 gün sonra da kəsmək olar. Bu ona görədir ki, səfərdə olan, həmin günə çata bilməyənlər də digər 2 gündə kəsə bilsin. Əsas olan bu əməlin sosial tərəfidir. İmkanlı müsəlmanlar kasıb, miskin, möhtac adamlara qurban paylamalıdır. Hətta, heyvan özləri kəsməsi üçün hədiyyə də edə bilər.. Qurban ətini 3 hissəyə bölmək tövsiyyə edilir. Bir hissə özü və ailəsi, ikinci hissə qohum və qonşular, üçüncü hissə kasıb və ehtiyacı olanlar üçün ayrılmalıdır. Dəvə, camış, inəyi 7 nəfərə qədər adam pul qoyub şərikli kəsib bölə bilərlər. Ancaq qoyun və keçini şərikli almaq olmaz''.
T.İrfan vurğulayıb ki, Qurban kəsmək Həcc ibadətinin bir hissəsidir:
" Bu əməl Həcdə olanlar üçün vacibdir. Ancaq digər müsəlmanlar da imkanları olduğu halda mütləq icra etməlidirlər. Sosial paylaşım, ünsiyyət, müsəlmanlar arasında dostluq hisslərinin inkişafı yönündən bu bayram xüsusi əhəmiyyət kəsb edir. Ancaq içalatlarla yolları zibilləmək günahdır. İçalatı, baş- ayağı ya ev heyvanlarına vermək, ya da dəfn etmək lazımdır. Çünki təmizlik imandandır. Qurban bayramının abu-havasını qorumaq vacibdir. Bayram namazı da bu 3 gün ərzində qılına bilir. Lakin əsas ilk gündür. Gün doğandan günorta namazına qədər vaxtı var. İki rükət namazdır və bu namazı məsciddə cəm halda, yaxud tək halda da qılmaq olar. Müsəlmanlar üçün, dünyada sülh üçün dua edilməli, Allahdan bərəkət, ruzi istənilməlidir. Hər kəsin öz dilində də icra etməsi mümkündür. Kim namazı ərəbcə qıla bilməzsə, bunu Azərbaycan dilində də icra edə bilər''.
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya