
İlahiyyatçı:“Savadsız mollalar qəbiristanlıqlardan uzaqlaşdırmalıdırlar”
Yusif Nəzərli
14:09 06.10.2022
Cəmiyyət
510
Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda iki molla arasında dava-dalaş baş verib.Hadisə ilə bağlı cinayət işi açılıb. Beləliklə bu il fevralın 3-də saat 16 radələrində qəbiristanlıqda fəaliyyət göstərən molla Zakir Əliabbas oğlunu döyərək qabırğalarını sındıran həmkarı, 1975-ci il təvəllüdlü İlqar Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib. Məhkəmədə məlum olub ki, İlqar qəbirlərdən birinin yanında Quran oxuyarkən Zakir yaxınlaşaraq ondan müştərisi ilə bağlı söz soruşub.
İlqar isə ona kobud cavab verib və müştəri üstündə tərəflər arasında dava başlayıb. Bu zaman İlqar badalaq fəndi işlədərək Zakiri yerə çırpıb. Zərbənin təsirindən Zakirin bir neçə qabırğasında sınıqlar yaranıb. Hadisədən sonra Zakir polisə etdiyi şikayəti geri götürməsi üçün İlqardan xeyli miqdarda pul tələb edib. Lakin istədiyi məbləği ala bilmədiyi üçün şikayətini geri götürməyib. Yasamal Rayon Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə İlqar Əliyevə üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı taxılıb və üzərinə yaşadığı yeri dəyişməmək, təyin edilmiş vaxtlarda ictimai yerlərdə olmamaq öhdəliyi qoyulub.

Baş verənlərin olduqca təəssüf doğurduğunu söyləyən ilahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a bildirib ki, həqiqi dindar və ruhani olan şəxs bunu etməz:
“Bəzi qəbiristanlıqlarda dini savadı olmayan və yalnız qazanc məqsədi güdən dırnaqarası mollalar var. İnsanlar onlara müraciət edirlər. Əslinə qalsa, din bunun əlehinədir. İslamın göstərişlərində əgər kimsə ölüsünü yad etmək istəyirsə, onun üçün Fatihə oxuması və yaxud ruhuna salavat göndərməsinin kifayət olduğu deyilir. Şərt deyil ki, qəbristanlığa getsin, yaxud da kiməsə yasin oxutdursun.
Yox əgər özü bacarmırsa məscidlərdəki həqiqi ruhanilərə müraciət etməlidirlər. Əfsus ki, son zamanlarda dini bilikləri olmayan və Yasin surəsini əzbərliyərək başına papaq qoyub mən mollayam deyənlərin fəaliyyəti çoxalıb. Bu bizim nə milli- mənəvi, nə də dini dəyərlərimizə yaraşır.
Buna görə də biz belə fəaliyyətləri qınayırıq. Bu halların qarşısının alınması üçün ciddi tədbirlər görməlidir. Adiyyəti qurumlar belə insanları bacardıqları qədər qəbiristanlıqlardan uzaqlaşdırmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya
Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı
19:31 19.02.2026
Cəmiyyət
Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT
19:28 19.02.2026
Gündəm
İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
18:59 19.02.2026
Siyasət
AZAL-dan Rusiyaya üzərlik aparanlara - Xəbərdarlıq
18:44 19.02.2026
Cəmiyyət