İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib - YENİLƏNİB
Yusif Nəzərli
12:11 29.09.2022
Cəmiyyət
402
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Fransa Prezidenti Emanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında son dövrlərdə telefon danışıqları əsnasında aparılmış müzakirələr və konstruktiv dialoq qeyd olunub.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar prosesi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi mina problemi və Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 4000 nəfərə yaxın Azərbaycan vətəndaşının itkin düşmüş hesab edildiyini vurğulayıb. Bu məsələlərinin həllinin vacibliyi qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
13:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm