İlham Əliyev: “Vaqifin məqbərəsi bu il bərpa ediləcək”
13:25 19.01.2021
Cəmiyyət
350
Bir neçə gün bundan əvvəl mən Şuşaya səfər edəndən sonra bizim dini abidələrin bərpasına dair işlərin başlanması üçün də göstərişlər vermişəm. Bu məsələdə Heydər Əliyev Fondu fəal rol oynayacaq. Vaqifin məqbərəsinin bərpasına dair təlimatlar da verilib. Mən onun bu il bərpa olunmasını tapşırmışam.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edən zaman deyib.
“Biz bu il Vaqif poeziya günləri keçirilməsini bərpa etməyi, həmçinin “Xarı bülbül” festivalı keçirməyi planlaşdırırıq. Mənim Şuşanı Azərbaycanın mədəni paytaxtı elan etməyim təsadüfi deyil. Fikrimcə, Şuşa bərpa ediləndən sonra öz təbiətinə, landşaftına, tarixinə, tarixi abidələrinə görə haqlı olaraq bütün regionun mədəni paytaxtına çevrilə bilər. Əlbəttə, ümid edirəm ki, siz bizə növbəti gəlişinizdə Şuşaya səfər edəcəksiniz. İndi biz artıq oraya yol çəkirik. Lap yaxın vaxtlarda, bu il beynəlxalq aeroport açılacaq. Buna görə də Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək, bütün tarix boyu olduğu kimi, öz dostlarını, qardaşlarını qəbul edəcək”, - deyə o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya