İllərdir eyni vəziyyət...
İllərdir eyni vəziyyət...
Yusif Nəzərli
04:26 24.09.2022
Cəmiyyət
645
Tələbə oğlanlar kirayə evlər tapmaqda çətinlik çəkirlər
Subay qadınlara, xüsusən tələbə qızlara isə yaşıl işıqdır
"Yalnız qızlar üçün" başlıqlı elanlarla hər gün qarşılaşırıq. Ev sahiblərinin əksəriyyəti mənzillərini daha çox subay qadınlara, xüsusən də tələbə qızlara kirayə vermək istəyir. Oğlan adı gələndə çoxları qəti şəkildə "yox" cavabını verirlər.
Mənzil sahiblərinin böyük əksəriyyəti bunun səbəbini qızların daha məsuliyyətli, evə, əşyalara qarşı daha ehtiyatlı, səliqəli davranması ilə əlaqələndirirlər. Tələbə oğlanların evi daha çox istismar etdiyini düşünürlər.
Ekspertlər isə deyir ki, problem bu günün deyil. Əvvəllər də tələbə oğlanlar ev tapmaqda çətinliklər çəkiblər.
Sosioloq Sadiq Rüstəmlinin sözlərinə görə, oğlanlara ev verilməməsinin səbəbi qızlarla müqayisədə evi təmiz saxlaya bilməmələri, evdəki əşyalarla olduqca kobud rəftardır. Bundan başqa, bir çox hallarda iki oğlan tələbə götürdüyü mənzilə başqa oğlan dostlarını da gizli şəkildə yerləşdirirlər ki, bu da adətən evini kirayə verən insanın narahatlığına səbəb olur. Ümumiyyətlə, azərbaycanlı oğlanlar kirayə ev öhdəliklərinə riayət edə bilmir: "Qız uşaqları evdən daha səliqəli istifadə edirlər. Oğlanlar isə bu istiqamətdə xeyli çətinliklərlə üzləşirlər. Təbii ki, mentalitet məsələlərinin də rolu böyükdür. Bəzən ailələr öz həyətlərində olan mənzilləri kirayə verir və istəmirlər ki, burada yad adamlar, xüsusilə də oğlan uşaqları yaşasınlar. Bəzi ailələr evdəki bir otağı kirayə verirlər. Bu, daha çox qızlara əlverişli şərait yaradır. Oğlanlar üçün imkanlar məhdudlaşır. Buna görə də bir sıra proyektlərin həyata keçirilməsinə ehtiyac yaranıb. Belə layihələri həyata keçirərkən oğlan tələbələrin yerləşdirilməsinə fokuslanmaq lazımdır. Bu, onların tərbiyəsi ilə bağlı cəmiyyətdə neqativ halların formalaşmasının da qarşısını alar. Düşünürəm ki, belə olsa, onların təhsilə meyli də artar. Proqramın genişləndirilməsi fonunda növbəti mərhələdə qız uşaqlarının kirayə problemini həll etmək lazımdır”.
Ekspert deyib ki, digər önəmli səbəb isə qızlardan fərqli olaraq kirayə yaşayan oğlan tələbələr evləri tez-tez dəyişə bilirlər. Çox halda bir neçə tələbə bir evdə kirayə qalır. Aralarında mübahisə düşən kimi biri digərindən aralanır ki, yox, mən artıq sənlə qalmaq istəmirəm:
“Bu zaman onlar mənzil sahibinə müraciət edirlər ki, məsələn, "biz 4 nəfər idik, iki nəfər getdi. Kirayə qiymətini yarıbayarı azaldın". Təbii ki, bu da kirayə verənə sərfəli olmur. Yəni bu baxımdan oğlan tələbələr bəzən 9 aylıq tədris müddətində bir neçə dəfə ev dəyişirlər. Hətta eləsi olub ki, 5 dəfə mənzil dəyişən tələbələrə rast gəlmişəm. Təsəvvür edin, onların orada gələn aylarda qalıb, qalmayacaqları qeyri-müəyyəndir. Əksəriyyəti üçün fərqi olmur harada qalmaları. Təki onlara yer olsun. Hətta bəzən kirayə ev verənlər şikayətlənirlər ki, hansısa bir müddətə, aya çatanda tələbə oğlan borclu qalır. O pulu verməmək üçün belə evi tərk edirlər. Qısacası, ev sahibinə ciddi ziyan vururlar".
Sosioloqun fikrincə, kirayə mənzillər verilərkən müqavilə bağlanarsa, hüquqi qaydada bu münasibətlər tənzimlənərsə, belə söhbətlərə yavaş-yavaş son qoyular:
"Kirayə mənzillərin verilməsi daha çox qara bazarda maklerlərə hörmət edilməsi ilə reallaşır, heç bir hüquqi əsası olmadığı üçün də bu problemlər yaranır. Halbuki, tələbələrə mənzil kirayə verilərkən mənzilin oğlan-qız üstündə dayanması əsassızdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol