
İnfeksionistdən çağırış: Bu istiqamətlərdə dənizin suyu daha təmiz olur
12:17 07.06.2024
Cəmiyyət
685
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə 2024-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib.
Nazirlikdən verilən məlumata görə, laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.
Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.
Aparılan monitorinqlər zamanı həmin ərazilərdən götürülən dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
2024-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Qeyd edək ki, dəniz suyunun laboratoriya müayinələri zamanı sanitariya-kimyəvi (suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılır.
Hazırda çimərliklərdə dəniz suyunun laborator tədqiqat üsullarından istifadə etməklə nəzarət tədbirləri davam etdirilir. Monitorinqlərin nəticələri barədə ərazi üzrə Bakı şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Baş Polis İdarəsi, Fövqəladə Hallar Nazirliyi, respublikanın ərazi üzrə rayon İcra hakimiyyətlərinə və polis idarələrinə rəsmi məlumatlar göndərilir.
İnfeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a bildirib ki, Bakı kəndləri istiqamətlərində dənizin suyu daha təmiz olur:

“Şıx çimərliyində dəniz suyunun keyfiyyəti çimmək üçün yararsızdır. Kolit tipli və kolit indeksi adlanan göstəricilərdən istifadə olunur. Bu yeşeriyaya kolit bakteriyalarının dəniz suyunda miqdarını göstərir. Əgər bu göstərici çoxdursa, o zaman dəniz suyunun kanalizasiya sistemi ilə daha çox çirkləndiyini bəlli edir. Müəyyən miqdardan yuxarı olarsa çimmək üçün yararsız olur. Bu bakteriya bağırsaq çöpü də adlanır. Çünki əsasən bağırsaqlarda olur. Əgər dənizdə çirklilik dərəcəsi yüksəkdirsə, bu suda tək bakteriyanın deyil, həm də digər zərərli maddələrin olduğunu göstərir. Çirkli suda çimən zaman bağırsaq infeksiyaları, mədə-bağırsaq xəstəlikləri inkişaf edə bilər. Xüsusən də immun sistemi zəif olan yaşlılarda və uşaqlarda ağır formada baş verən enterit müşahidə edilir. Hətta normal şəxslərdə də belə hallar baş verə bilər. Çünki çimərkən su ağıza, buruna daxil olur. Belə sularda çimməyə deyil, hava almağa getmək lazımdır. Çirkli dəniz suyuna əl-ayaq salmağın özü də zərərlidir. Çünki əllərimiz suya dəyərsə, həmin əli ağzımıza və üzümüzə vururuq. Belə olan halda da bu infeksiyanın da yoluxma ehtimalı var”.
Xəbər lenti
Hamısına bax
ABŞ generalı Odessaya səfər edib
17:55 21.08.2026
Dünya
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə