İnsanlar içində də yalnızdır insan...
Yusif Nəzərli
09:04 05.01.2025
Cəmiyyət
519
Ətrafımızdakı insanlar hər birimizə təsir edən, bəlkə də, ən başlıca faktordur. Ona görə də deyirlər ki, hər bir insan ətrafındakıların ortalamasıdır.
Xarakteremizin, vərdişlərimizin, zövqlərimizin formalaşmasında, sözsüz ki, ətrafımızdakı insanların, o cümlədən dostlarımızın, sevdiklərimizin mühüm rolu var. Onlarla tez- tez görüşür, danışırıq.
Bəzən həyatımızda elə adam olur ki, onunla, az qala hər gün görüşür və ya telefonla danışırıq. Eyni gündə, eyni saatda...
Vaxt keçir. Gündəlik qayğılar, uğur və uğursuzluqlar bir- birini əvəz edir. Qəfil- işdə olanda, yol gedəndə, kimləsə nəyisə müzakirə edəndə anidən yuxudan ayılmış kimi oluruq. Həmin adam yadımıza düşür. Haradadır? Kimlədir? Nə edir? Bu kimi suallar barədə düşünür, gördüyümüz işi yarımçıq qoyuruq.
Sonuncu nə dəfə nə vaxt görüşdüyümüzü, nədən danışdığımızı xatırlamağa çalışırıq. Məyusluğumuz daha da artır. Məlum olur ki, uzun müddətdir bir - birimizdən xəbərimiz yoxdur. Hərçənd hər şeyin çox yaxşı olduğu vaxtlar var idi. Xatirələrimiz isə o qədərdir ki...
İzlədiyimiz filmin ən maraqlı yerində birlikdə ürəkdən gülməyimizi, gecə yarısı ikimizin də yuxumuzun qaçdığı vaxtda saatlarla danışmağımızı, restorandan içkili çıxıb səndələyərək gəzməklərimizi və həmin an bir - birimizə təbəssüm etməyimizi yada salırıq. Dəfələrlə ən çətin vaxtımızda bir- birimizin yanında olmuş, bir - birimizə inanmış, ümidi qarşı tərəfdə tapmışdıq. İndi isə, demək olar, iki yad insanıq.
Bu düşüncülərlə zəng etmək istəyirik. Ancaq əlimizi saxlayırıq. Sanki nədənsə çəkinirik. Zəng edib nə deyək? Uzun müddət istənilən saatda zəng etməkdən çəkinmədiyimiz insanı indi narahat etməkdən qorxuruq.
Mesaj yazırıq: "Salam, necəsən?". 10-15 dəqiqə keçir. Cavab yazacağını düşünürük. Amma saatlar keçir, cavab gəlmir. Halbuki hər şeyin yaxşı olduğu vaxtlarda bu qədər gözlətməzdi.
Bəlkə də, mesajı görüb, oxuyub. Ancaq indi başqa işi var, başqa adamla gəzir, danışır. Tamamilə boş olmağını, bütün işlərini bitirməyi gözləyir. Ona görə heç bir kəlmə də yazmır.
Saatlar sonra cavab gəlir: "Sağ ol, sən necəsən?". Daha nə isə yazmaq, necə deyərlər, söhbəti uzatmaq istəmirsən. Yazmırsan da.
Sadəcə niyə belə olduğunu düşünürsən. Sonra fikirləşirsən ki, əvvəllər də oxşar hadisələr olub: kimisi gəlib, kimisi gedib.
Elə indi həyatında olmayan bir nəfərin vaxtı ilə səsləndirdiyi fikirləri xatırlayırsan: "Həyatının mərkəzində özünsən. İnsanlar sənin ətrafında fırlanırlar. Bəziləri gəlir, bəziləri gedir".
Anlayırsan ki, əslində hər kəsin həyatı eynidir: indi sənin axtardığın adam da, bəlkə də, başqasını axtarır, başqası üçün darıxır, başqası haqqında düşünür...
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya