İnsanlar ildırım vurması ilə üzləşməmək üçün... -EKOLOQDAN XƏBƏRDARLIQ
10:56 03.06.2024
Cəmiyyət
610
Ötən gecə Azərbaycanda ayrı-ayrı bölgələrdə 5 nəfəri ildırım vurub, onlardan 3-ü həyatını itirib.
İldırım vurmasından ölümə hər il bir neçə dəfə rast gəlinir.
İnsanlar son illərə qədər ildırımdan bu qədər adam ölməsinə rast gəlmədiklərini, burda nəsə müəamma olduğunu düşünür.
“Həmişə ildırım olub, kənddə camaat dağda-çöldə olurdu, niyə onları vurmurdu? Bəlkə çaxan təbii ildırım yox, süni ildırımdır?”.
“Medicina” məsələ ilə bağlı maraqlı faktı araşdırıb.
Alimlər arasında çoxdandır belə fikir dolaşır ki, mobil telefon və evlərdə, binalarda quraşdırılan telefon stansiyaları, antenlər ildırımın yayayış yerinə və insanlara toxunmasına səbəb ola bilər.
Belə ki, 2006-cı ildə Londonda 15 yaşlı qızı ildırım vurmuşdu. Qız çoxsaylı yanıq xəsarətləri almışdı və qulağı tutulmuşdu. Maraqlıdır ki, ildırım vuran zaman qız qulağında telefon danışdığını deyirdi və onun telefonu da zərər görmüşdü.
Bundan sonra ekspertlər açıq havada, ildırım çaxan ərazidə istənilən smartfon və qadjetin istiifadəsinin təhlükəli ola biləcəyi qənaətinə gəlib.
İldırıma gözləyib, yaxınlaşıb telefona çəkmək və ya həmin vaxt cihazı işlək vəziyyətdə qulaq, baş nahiyəsində tutmaq təhlükəli ola bilər.
Lakin bu hipotezi digər alimlər qrupu dəstəkləmir. Onların fikrincə, mobil telefonla ildırımın energetik təsiri fərqlidir. İldırımın ötürücüsü olmaq üçün obyektin çəkisi ağırlığı çox olmalıdır. Ona görə 150 qramlıq telefon yox, elə 70 kq-lıq insan özü elektrik enerjisinin keçiricisi ola bilər.
Lakin məhz son illərdə ildırım vurmasına xüsusən gənclərin tuş gəlməsi telefon ehtimalını artırır.
Ona görə də ildırımı telefon, kamera ilə çəkmək, ildırıma tuşlayıb sosial şəbəkələrdə canlı açmaq təhlükəlidir. İldırım çaxarkən elektrik sütunları, metal olan yerlərdən aralı gəzin, açıq havada qalmayın, qapalı yerə sığının və telefonu söndürün.
Ekoloq Rövşən Abbasov “Sherg.az”a bildirib ki, süni ildırımın mövcud hadisələr fonunda baş verməsinə inanmır:
“İldırım vurmasına birinci səbəb odur ki, insanlar məsuliyyətsizlik edərək, qorunma qaydalarına əməl etmirlər. Digər səbəb isə hər kəsin əlində telefonun olmasıdır. Ümumiyyətlə, bu cür havalarda açıq ərazilərdə mütləq telefonlar söndürməlidirlər. İldırımın əmələ gəlmə sxeminə baxsaq görərik ki, əksər hallarda buludlarda mənfi yük yaranır. Mənfi yükün nəticəsində isə yer səthinə boşalmaq üçün bir nöqtə seçilir. Bu zaman da hündür əşyalar, tək ağaclar, dalğa buraxan antenalar, telefonlar, radiolarıvə GPS -ə qoşulmuş avtomobillər hədəf alınır. Çünki burada elektromaqnit dalğaları gedir. İnsanlar ildırım vurması ilə üzləşməmək üçün bu sadalanan məsələlərdən uzaq durmalıdır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya