İnternetdən asılı “qalan” ana-atalar məsuliyyətə cəlb ediləcək
11:31 04.07.2024
Cəmiyyət
493
Türkiyə məhkəməsi valideynləri ciddi düşünməyə vadar edən qərara imza atıb.
“Sherg.az”“NTV.com.tr”yə istinadən xəbər verir ki, Türkiyə məhkəmə sisteminin 2-ci Hüquq Dairəsi internet asılılığı olan həyat yoldaşlarının evə, ailəsinə, həyat yoldaşına, övladına yetərincə diqqət və qayğı göstərmədiyini boşanmaların əsas səbəbi olaraq göstərib. Gebzə bölgəsində bir məhkəmə prosesində qarşılıqlı boşanma davasına baxılıb. Boşanmaq üçün müraciət edən tərəflərdən biri həyat yoldaşının internetdən həddindən artıq istifadə etdiyini, günün böyük hissəsini telefonda sosial şəbəkələrə baxaraq keçirdiyini, bu səbəblə də ailəsinə, övladına az diqqət göstərdiyini iddia edərək boşanmaq istədiyini bildirib. Gebzə Ailə Məhkəməsi də bunu tərəflərdən birinin qüsurlu davranışı kimi dəyərləndirib. Lakin məhkəmə boşanma istəyini qəbul etməyib. Belə olduqda tərəflərdən biri məhkəmədən şikayət edib. 2-ci Hüquq Dairəsi işə yenidən baxaraq internetdən asılılığı boşanma səbəbi kimi qəbul edib. Tərəflərdən digərinin apellyasiya şikayəti isə qəbul olunmayıb. Beləliklə, internet asılılığı olan həyat yoldaşının evinə, ailəsinə, övladına yetərincə diqqət ayırmaması boşanma səbəbi olaraq təsdiqlənib. 2-ci Hüquq Dairəsi tərəflərin boşanmasına qərar verib. Əkrəm Öztürk açıqlama verərək bildirib ki, sosial mediadan istifadə müddəti qısaldılmalı, müəyyən hədd çərçivəsində olmalıdır: “Evdə olarkən, təbii ki, sosial mediada vaxt keçiririk. Amma bu, müəyyən hədd daxilində olmalıdır. Bəzən gənclər və valideynlər sosial mediada, xüsusən də Tiktokda çox vaxt keçirir. Uşaqlar valideynlərini internetdın “asılı” gördükdə, onlar da buna alışır. Valideynlər bilməlidir ki, uşaqlarına pis nümunə olurlar”. Sosioloq Gülbən Öztürk isə internet asılılığının boşanmalar üçün əsas olmadığını söyləyib: “Telefonda çox vaxt keçirmək, telefonla “oynamaq” boşanma üçün əsas ola bilməz. Əgər qadın və ya kişi internetə çox vaxt ayırıb, ailəsinə yetərincə vaxt ayırmırsa, evinin, uşağının problemləri ilə məşğul olmursa, o zaman boşanmaq üçün əsas yarana bilər. Yoxsa birisi həyat yoldaşına “sən telefonda çox vaxt keçirirsən” deyib, boşanmaq üçün müraciət edirsə, bu, ailələrin yersiz, əsassız dağılmasına gətirib çıxarar. Məhkəmə hakimləri boşanmanın əsl səbəbini tapmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya