
İqtisadçıdan çağırış: Pul qoyuluşu zamanı araşdırma aparmaq lazımdır
12:10 13.12.2023
Cəmiyyət
496
“Naməlum şəxslər sosial şəbəkələr üzərindən “Maryam Invest” investisiya şirkəti adı ilə yüksək gəlir vəd edərək investisiya xidməti göstərilməsi adı altında vətəndaşların pul vəsaitlərini mənimsəməyə cəhd edirlər”.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən əhaliyə çağırış məqsədilə yayılan məlumatda bildirilib.
“Fırıldaqçılar qeyd olunan şirkətin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya aldığını bildirərək saxta sənədlər əsasında vətəndaşların etibarını qazanmağa çalışaraq onları təqdim etdikləri xarici bank hesablarına investisiya etməyə təşviq edirlər.
Mərkəzi Bank bir daha əhalini diqqətli olmağa və fırıldaqçıların bu tipli təkliflərinə aldanmamağa, belə halların geniş vüsət almamasından ötrü investisiya xidmətlərindən istifadə etməmişdən əvvəl bu xidmətləri təklif edən şəxslərin fəaliyyətinin qanuniliyinin və lisenziyası olan şəxslərin siyahısının dəqiqləşdirilməsi üçün Mərkəzi Bankın rəsmi internet səhifəsindən (https://www.cbar.az/page-200/investment-companies) istifadə etməyə çağırır”, - məlumatda vurğulanıb.
Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Sherg.az"a bildirib ki, bank, bank olmayan kredit təşkilatları, sığorta və investisiya şirkətlərinə Mərkəzi Bank nəzarət edir və lisenziya verir:

“Mərkəzi Bankın da bu məsələlər üzrə fəaliyyəti kifayət qədər şəffafdır. Yəni kimə lisenziya verilibsə, onların siyahası var. Vətəndaşa kredit götürmək üçün çağırış edilən zaman, məsələyə sadə yanaşması az çox başa düşüləndir. Amma pulunu yerləşdir deyə çağırışlar olan zaman Mərkəzi Bankın saytından və ya zəng vuraraq əməkdaşlarından mütləq şəkildə soruşmaq lazımdır ki, doğrudanda belə bir şirkət mövcuddurmu? Pul qoyuluşu olan fəaliyyətlər dövlət tərəfindən lisenziyalaşdırılır. Lisenziyalaşdırılma səbəbi də vətəndaşları qorumaq və belə hallarla üzləşilmələrinin qarşısının alınması üçündür. Bu cür vacib mövzularda qərar verməzdən öncə mütləq şəkildə araşdırma aparmaq lazımdır”.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi