İradə İbrahimova ağacları kəsən sahibkarlardan DANIŞDI
Yusif Nəzərli
13:49 20.05.2022
Cəmiyyət
546
“Tikinti şirkətləri tərəfindən ekoloji ekspertiza rəyinə təqdim olunan layihələrin mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıq şəkildə icra olunmasını təklif edirik”.
Oxu.Az-ın məlumatına görə, bunu sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmə zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
“Tikintiyə başlamamışdan əvvəl tikinti şirkətləri tərəfindən ictimaiyyət görüləcək işlər barəsində, xüsusilə də yaşıllıqların vəziyyəti və gələcək yaşıllaşdırma tədbirləri haqqında məlumatlandırılsın, aparılacaq tikinti-abadlıq işlərinin mahiyyəti, cəmiyyət və insanlarımız üçün faydası, sosial əhəmiyyəti açıqlansın. Bu, həm bu sahədə şəffaflığın təmin olunmasına şərait yaradacaq, həm də tikinti şirkətlərinin yaşıllıqların qorunması və artırılması işində məsuliyyətini artırmış olacaq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, ağaclara, yaşıllıqlara tikinti şirkətləri tərəfindən zərər verilməsi halları var:
“Bu, nazirlik olaraq bizi olduqca narahat edir, ictimaiyyətin də haqlı narazılığı ilə qarşılanır.
Bütün bu ictimai dinləmələrin keçirilməsində məqsəd odur ki, bu narahatlıq və narazılıqlar aradan qalxsın. Bir daha tikinti şirkətlərinə müraciət edirik ki, paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə alsınlar, ağac kəsintisinə yol verməsinlər.
Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi gözləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə