“İranın erməni qardaşlığı siyasəti bu ölkəni uçurum aparır”
Yusif Nəzərli
13:36 23.09.2022
Cəmiyyət
560
“İran və Azərbaycan xarici işlər nazirinin görüşünə ciddi ehtiyac var idi”
“Çünki İran hakimiyyətinin rəsmi İrəvanın yanında olması və onları silahlandırması regionda qarşıdurma yarada bilər”
“Onlar rəsmi Bakı ilə bağlı yanlış siyasət yürüdürlər”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan regional məsələləri müzakirə ediblər. "Sherg.az” xəbər verir ki, bunu C.Bayramov tviterdə yazıb.
Onun sözlərinə görə, İranın XİN başçısı ilə görüşüb.
Nazirlər regional məsələlərlə yanaşı, ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıblar.
C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.
Görüşü “Sherg.az”a şərh edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, İran son proseslərdə anti-Azərbaycan mövqeyini daha da gücləndirib:
“Rəsmi Tehranda ciddi xəstə təfəkkürü var. Təsəvvür edin ki, İran Məsiha Əminin öldürülməsi ilə başlayan prosesi, Zəngəzur dəhlizindəki Türkiyə-Azərbaycan-İsrail üçbucağının “tələsi” kimi qələmə verir.Təbii ki, daxildəki hadisələrə yönəlik xarici düşmən axtarmaq, hakimiyyətlərin idarəetməsində geniş tədbiq olunan texnologiyadır. Lakin mühüm məqam Nikol Paşinyanla, İbrahim Rəsinin dünənki görüşüdür. Orada əməkdaşlıq və münasibətlərin sıx şəkildə saxlanılması ilə bağlı vurğular edildi. Paşinyan Rəisiyə göstərdiyi dəstəyə görə təşəkkür etdi. Digər tərəfdən isə davamlı şəkildə artan təhdidlər fonunda, İran və Azərbaycan xarici işlər nazirinin görüşünə ciddi ehtiyac var idi. Çünki İran hakimiyyətinin rəsmi İrəvanın yanında olması və onları silahlandırması regionda qarşıdurma yarada bilər. Onlar rəsmi Bakı ilə bağlı yanlış siyasət yürüdürlər”.
Ekspert görüşün pərdəarxasında yeni detalların olduğunu düşünür:
“Ermənistan və İran rəhbərlərinin görüşündən sonra Bayramov və Abdullahiyanın bir araya gəlməsi Azərbaycanın ciddi şəkildə narahatlıq ifadə etməsini göstərir. Rəsmi Tehranın indiki dövrdə həyata keçirdiyi erməni qardaşlığı siyasəti və daxilindəki problemləri xarici güclərin üstünə atması onu uçuruma aparır. Biz region olaraq çox ciddi sınaq qarşısındayıq. Əminəm ki, Ceyhun Bayramovun qovluğunda da bu məsələ gündəm təşkil edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol