İyun ayı niyə isti keçir?
İyun ayı niyə isti keçir?
08:55 06.06.2024
Cəmiyyət
463
Professor havanın temperaturunun yüksəlməsini izobarik proseslə izah edir
İyun ayı istilərlə başlayıb. May ayında havanın temperaturunun kəskin enməsi, küləkli və yağıntılı havalarda az qalsın qış geyimlərinə keçəcək olan əhali iyunun ilk günlərindən qızmar istiyə düşüb. Bu da anomal iqlim dəyişmələri ilə izah edilir. Hazırda paytaxtda anomal isti hava müşahidə edilir. Və istilərin həftə sonunadək davam edəcəyi qətidir. İsti hava təkcə ölkəmizdə deyil, qardaş və qonşu Türkiyədə də müşahidə edilir. İstanbulda hazırda iyun ayı üçün xarakterik olmayan 32 dərəcə isti var. Qeyd edilir ki, indiyədək İstanbulda iyun ayında temrepatur 26 dərəcədən yüksək olmayıb. Bəs havaların belə kəskin istiləşməsinin səbəbi nədir?
“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, İstanbul Texnik Universiteti kosmik elmlər fakültəsi meteoroloji mühəndisliyi bölümünün professoru Hüseyin Toros İstanbulda havanın temperaturunun yüksəlməsini izobarik proseslə izah edib. İzobarik proses atmosfer təzyiqinin yüksəlməsi ilə baş verir. Havada istiliyin artmasına atmosfer təzyiqinin yüksək olması səbəb olur. Atmosfer təzyiqi yüksək olduqda havanın yerə doğru çökməsinə, çökdükcə də isinməsinə səbəb olur. Bu da havanın temperaturunun yüksəlməsiylə nəticələnir. Hava günəşli, səma buludsuz, açıqdırsa, temperaturun yüksələcəyi proqnozlaşdırılır. Hazırda İstanbul bu iqlim dəyişikliyinin təsiri altındadır. Professor Hüseyin Toros eyni zamanda Türkiyəyə Afrika və Ərəbistan yarımadasından isti hava dalğasının daxil olduğunu da deyib. Bu səbəblə hazırda havanın temperaturu iqlim normasından xeyli yüksəkdir. Yüksək atmosfer təzyiqi Türkiyənin cənubunda da hakimdir və havanın temperaturu yüksəkdir. Professor kəskin isti havada yaşlı insanların, hamilə qadınların küçəyə çıxmamasını, azyaşlı uşaqların günəş şüasından qorunmasını tövsiyə edib. Eyni xəbərdarlıq ölkəmizə də aiddir. Günəşin zirvədə olduğu saatlarda – 11:00-dan 18:00-dək açıq havada gəzmək təhlükəlidir.
Xəbər lenti
Hamısına bax
ABŞ generalı Odessaya səfər edib
17:55 21.08.2026
Dünya
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə