Kamil insan yaradır, cahil insan isə...
Yusif Nəzərli
09:30 30.09.2022
Cəmiyyət
921
Son illər Lerik rayonunun dağ kəndlərindən Lənkərana, Bakı şəhərinə köçənlər çoxdur. Sağlığına qismət olsun, əvvəlki rahat evləri olduğu kimi , yenə yurd saldıqları yerdə də özlərinə yaxşı şərait qurublar.
Həmin köçənlər kənddəki evinin həyətini hasarlama adı ilə ona yaxın yamacları, örüş yerlərini, əkinə yararlı torpaq sahələrini, bulaqları, hətta yolları belə zəbt edirlər. İndi çəpərə salınan boş və fəaliyyətsiz qalan torpaqlardan vaxt olub camaat tonlarla taxıl, noxud, mərcimək, kartof və digər ərzaq məhsulları yetişdirib. Dediyim vəziyyət rayonun Bradi, Aküşəpeştə, Daster, Hamarat, Qılqılov ... kəndlərində daha dözülməzdir. Zəbt edilmiş torpaqlarla yüzlərlə insanın güzəranı yaxşılaşa bilər. Bu baxımdan götürəndə torpağa belə bir münasibət Vətənə, dövlətə xəyanətdən başqa bir şey deyildir.
Köçənlər iyun, iyul, avqust aylarını ata-baba yurdunda olan kənd evlərində keçirirlər. Bu üç ayda kənd sanki onların yaratdığı antisanitariya məngənəsində boğulur. Əllərinə nə gəlir kəndin küçələrinə atırlar. Ayağı dəyən yerdə biganəlik, diqqətsizlik özünü göstərir. Nə yaxşı görürlərsə bir-iki günə onun axırına çıxırlar. “Sahə mənimdir” prinsipi ilə neçə-neçə cavan ağacın ömrünə balta vururlar. Elə onun odununu ömrü kənddə keçən kəndliyə baha qiymətə satırlar. Təbiətin ən gözəl yerlərini, bulaq başını elə günə salırlar ki, deyiləsi mümkün deyil. Sözün qısası, uluların yatdığı müqəddəs torpağa qəsd etməkdən sanki zövq alırlar. Yaratdıqları natəmizlik sonradan il boyu ayaq açıq evlərin içinə yeriyir. Bulaq ətrafına, küçələrə atılmış “pamperslər” lap ürək bulandırır.
Deyilən sözün də faydası olmur. Dediyim “qonaqlar” özündən başqa heç kimi düşünmür. Bu gedişlə dövlət qarışmasa onlar çətin düzələ. Çünki mənəvi zəlilikdən böyük dəhşət yoxdur. Ulu Nizami demişkən:
Mərifət gözləmək nadan adamdan,
İnci istəməkdir arpa satandan. Dünyanın aqibəti insan əlindədir. Kamil insan yaradır, cahil insan isə olanı da öz naqis əməli ilə korlayır....
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Əlaqə tel.: 050-378-52-26
Ünvan: Lerik rayonu, Bradi kəndi Zəfər Oruc oğlu Əliyev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya