Kənd sakinləri Prezidentə yazırlar: “Sizin qayğınız nəticəsində heç bir problemlə üzləşmədik”
10:37 10.06.2020
Cəmiyyət
607
Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Cəlilabad rayonunun Kazımabad kəndindən Allahşükür Cabbarov, Rəsul Əliyev, Samir Qəribov, Kamran Məmmədov, Qoşqar Babayev, Mürsəl Muradov və Arif Əliyev Prezidentə yazırlar:
“Möhtərəm cənab Prezident, ümummilli liderimiz Heydər Əliyev torpaqları kəndlilərə qaytardıqdan sonra güzəranımız yaxşılaşmağa başladı. Min bir əziyyətlə olsa da, əkin-biçinlə məşğul olaraq ailəmizi dolandırır, gələcəyə daha böyük ümidlə baxırdıq. İndi ölkəmizin imkanları genişləndiyindən və dövlət dəstəyi gücləndirildiyindən torpağa meyillilik də artıb. Əkdiyimiz sahələrə görə Sizin göstərişiniz əsasında güzəştli gübrələrin və subsidiyanın ödənilməsi bizi sevindirir. Bu il pandemiyanın və karantin rejiminin olması biz kəndliləri narahat edirdi. Bizi narahat edən əsas məsələ əkdiyimiz kartofu xarici bazara çıxarmaq idi. Sizin qayğınız nəticəsində heç bir problemlə üzləşmədik. Çox sağ olun ki, Rusiya-Azərbaycan sərhədlərindən keçən çoxsaylı yük maşınlarının buraxılmasını təmin etdiniz. Bu maşınlar vasitəsilə kartofumuzu xarici bazarlara çıxararaq, itkisiz və heç bir əngəl olmadan məhsulumuzu satdıq, gəlir əldə etdik. Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident. Allah Sizi qorusun!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq