Kimin imkanı varsa, şam yandırıb eyvana çıxsın - Deputatın təklifi dəstəkləndi
13:01 17.03.2020
Cəmiyyət
2117
Milli Məclisdə maraqlı təklif səslənib. Deputat Rəşad Mahmudov Novruz bayramı ilə bağlı təklif irəli sürüb. “Təklif edirəm ki, Novruz bayramında azərbaycanlılar koronavirusa görə eyni anda şamlar yandırıb eyvana çıxsınlar”.
"Sherg.az"ın məlumatına görə, millət vəkili bunun ümummilli məsələlərdə vətəndaşlarımızın həmrəyliyinin təsdiqi olacağını deyib.
R.Mahmudovun təklifində əslində, qeyri-adi nəsə yoxdur. Vətəndaş həmrəyliyinin nümayişini bayram günləri, xüsusilə Bayraq günündə, Aprel döyüşləri zamanı, Azərbaycanımız beynəlxalq yarışlarda qalib olduğu günlərdə müşahidə etmişik. Bakı sakinləri həmin günlərdə kimin eyvanı varsa, eyvandan, eyvanı olmayan pəncərədən, yaxud iş yerlərində, ofislərdə dövlər bayrağımızı dalğalandırırdılar. Belə bir ənənə demək olar ki, artıq formalaşıb. Və indi əgər millət vəkili əziz gündə - Novruz bayramı axşamı vətəndaşlara həmrəylik nümayişi məqsədilə eyvanlarda şamların yandırmalarını təklif edirsə, təəccüblü qarşılanmamalıdır. Paytaxt eyvanlarında eyni saatlarda, kütləvi şəkildə şamların yanması, həqiqətən çox gözəl və füsunkar görünə bilər.
Bəs, ictimaiyyət nümayəndələri nə düşünür?
Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında mənzilinin küləkli ərazidə olduğunu xatırlatdı, lakin təşəbbüsü müsbət qarşıladığını dedi:
- Vallah, yaşadığımız ərazidə külək bizə elə divan tutur ki, şam nədir, bayram lampası da yandırsaq, o dəqiqə sönəcək. Amma R.Mahmudovun təklifi müsbətdir. Onsuz da bayram xonçasında hamı şam yandırır. Kimin imkanı varsa, şam yandırıb eyvana çıxsın, bu, həqiqətən də pozitivlik gətirər, odun enerjisi təmizləyər üstümüzdəki pessimistliyi.
“Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova da bu fikirdədir ki, Novruz bayramı günlərində həmrəylik nümayiş etdirmək əsasdır:
- Biz bu gözəl bayramımızın bütün rəmzlərindən istifadə etməliyik. Xonça da bəzədilməlidir, səməni göyərdilməlidir. Niyə təkcə şam? İmkan varsa, qoy eyvanlarda xonçalar da olsun, səmənilər düzülsün. Şam da yandırılsın. Əziz günlərdə xalqımız həmrəylik nümayiş eütdirməyi bacarır. Bayram günlərində xüsusilə yaşlı insanlar, kimsəsizlər və uşaqları sevindirməliyik. Bayram axşamı uşaqları sevindirmək, ehtiyacı olanlara bayram sovqatı aparmaq ən böyük həmrəylik nümayişidir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə