“Kişilərin öpüşməsi nə türklərə, nə də müsəlmanlara aiddir” – Deputat
Fidan Həmişəyeva
08:53 11.03.2020
Cəmiyyət
780
“Koronavirusun müsbət miraslarından biri odur ki, ən azı kişilər anlayacaqlar ki, Anadoluda türklər qafalarını, çeçenlər isə çiyinlərini çiyinlərinə vurub salamlaşırlar”
“Əl ilə sıxışanda mehribançılıq azalmır ki...Qadınların özləri bilər, onların bir-biri ilə görüşüb-öpüşməkləri qəribə alınmır, ancaq kişiləri bu bəladan koronavirus xilas edə bilər”
Millət vəkili Fazil Mustafa koronavirusdan cəmiyyətimizə qalacaq müsbət mirası sadalayıb. “Sherg.az” xəbər verir ki, millət vəkili onları aşağıdakı kimi qruplaşdırıb:
“Distant təhsil artıq bütün cəmiyyət həyatında öz zəruriliyini təsdiq edəcək və bütün orta və ali məktəb şəbəkəsində onun sistemli tətbiqini görəcəyik. Məktəblərdə masaların bəzəyi olan kompüterlərin normal işləməsi barədə düşünüləcək. Bundan başqa, milli kültürümüzə haradansa virus kimi daxil olan kişilərin bir-biri ilə öpüşmə adətinin yenidən dirçəlməsi koronavirusdan sonra xeyli çətinləşəcək. Ən azı anlayacaqlar ki, Anadoluda türklər qafalarını bir-birinə vurub salamlaşırlar, çeçenlər çiyinlərini çiyinlərinə vurub salamlaşırlar, bu azərbaycanlılarda kişilərin öpüşmə adəti nə türklərə, nə də müsəlmanlara aiddir. Əl ilə sıxışanda mehribançılıq azalmır ki...Qadınların özləri bilər, onların bir-biri ilə görüşüb-öpüşməkləri qəribə alınmır, ancaq kişiləri bu bəladan koronavirus xilas edə bilər”.
Həmçinin millət vəkili vurğulayıb ki, dəbdəbəli toylardan və yaslardan sadələşmiş formadakı mərasimlərə keçilməsi adamlara o düşüncəni təlqin edəcək ki, adam kimi sevinmək və adam kimi kədərlənməkdən gözəl bir şey yoxdur:
“Quranda hər sətirbaşı israfdan və həddini aşmaqdan danışılır, koronavirus təhlükəsi bir neçə ay davam etsə, cəmiyyətimizə lazım olan həddi və israfı anlada bilər və beləliklə bu məsələdə də islahımız mümkün olardı. Eyni zamanda cəmiyyətimiz bir az intizama və həmrəyliyə öyrənəcək. Təhlükə ümummilli xarakter alanda, insanlar bir-birinə daha çox dəyər verməyə başlayırlar. Bu virusa zəngin və yoxsulun eyni şərtlər altında yoluxması mümkün olduğuna və hər ikisnin də bərabərhüquqlu vəziyyətdə 14 gün eyni məkanda karantində qalmaq şərtlərinə görə cəmiyyətdə insanlar arasında əsl səmimiyyətin şahidi ola bilərik. Bundan əlavə qida təhlükəsizliyi ilə bağlı daha ciddi həssaslıq yaranacaq. İnsanlar zərərli qidaların fəsadları barədə daha çox düşünəcəklər və koronavirus sarımsağın layiqli mövqeyini istehlak zənbilimizdə gücləndirəcək. Bununla belə, koronavirus dövründə spirti ələ sürtənlərdən daha çox mədəsinə ötürənlərin sayının artması narahatçılıq doğurmamalıdır. Bu adamların sırasından bir ölüm faktı olarsa, sonradan kimsənin dilinə qorxudan spirtli içki dəyməyəcək”.
F.Mustafa hesab edir ki, təqvimimiz daha da sadələşəcək:
“Artıq miladdan əvvəl, miladdan sonra deyil, "koronovirusdan öncə", "koronavirus zamanı" və "koronavirusdan sonrakı dövr" deyə dünya tarixinə daha yaxın məsafədən baxacağıq.
Və nəhayət, kosmosa peyk göndərməkdən daha asan iş olan tibbi maskaların istehsalına başlayacağıq və anlayacağıq ki, Çinə arxayın olub, hansısa sahədə yerli istehsalı dayandırmaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya