Köhnə maşınlara tələb artıb: Rüsum çoxdur, yeni avtomobil almağa vətəndaşların gücü çatmır
Nihat Müzəffər
09:40 23.12.2019
Cəmiyyət
1123
“Avtomobil bazarındə vəziyyət mövsümə uyğun olaraq dəyişir”. Bu baraədə Sherg.az - a avtomobil bazarındakı vəziyyəti dəyərləndirərkən, ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda “Yol hərəkətinin təhlükəsizliyinə dair” beş illik Dövlət Proqramı qəbul olunub:
“Həmin proqramda da, köhnə avtomobillərin istismardan çıxarılması və avtomobil parkının yenilənməsi və.s kimi məsələlər qarşıya məqsəd olaraq qoyulub. Bu il avtomobillərinin qiymətinin aşağı enməməsinin əsas səbəblərindən biri Dövlət Gömrük Komitəsinin (DGK) rüsumlarda dəyişiklik etməməsidir. Eyni zamanda DGK-i açıqlama verdi ki, istismar müddəti yeddi ildən artıq olan avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılacaq. Gürcüstan və digər xarici ölkələrin qeydiyyatında olan avtomobillərin üç aylıq ölkədə qalmasına icazə veriləcək. Bütün bunlar da avtomobillərin qiymətinə təsir göstərir. Beləliklə də köhnə maşınların qiyməti qalxdı. Həmçinin yeni avtomobillərin dövlət rüsumları baha olduğuna görə insanlar köhnə maşınlara üstünlük verir. Bu tendensiya nəticəsində bazarda köhnə avtomobillərə tələb çoxalır. Tələbin artması da qiymətləri qaldırır.
Fikrimcə, irəlidə işlənmiş avtomobillərin qiyməti artmağa davam edəcək”.
E.Muradlı onu da söyləyib ki, DGK-i ölkəyə gətirilən yeni avtomobillərin dövlət rüsumunu aşağı endirməlidir:
“Çünki, yeni avtomobillərin dövlət rüsumu çox yüksəkdir. Vətəndaşlarımızın 70 faizdən artığının büdcəsi yalnız köhnə, istismar müddətini başa vurmaqda olan avtomobilləri almağa uyğundur. Bu il ölkəyə gətrilən avtomobillərin sayı artıb. Çox təəsüf ki, artımın böyük hissəsini işlənmiş avtomobillər təşkilr edir. Ona görə də, ölkənin avtomobil parkından istismar müddətini başa vurmuş, təhlükəsizlik tələblərinə cavab verə bilməyən maşınları çıxara bilmirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region