Mağazaların adları: “Yataş bedding”, “Dodo”, "Viona"... - Axı niyə? +Fotolar
Fidan Həmişəyeva
13:53 29.07.2021
Cəmiyyət
564
"Bu durum əsasən vətəndaşlıq mövqeyindən asılıdır"
"Bəziləri elə bilir ki, mağaza adını başqa dildə yazdırmaqla daha çox müştəri cəlb edəcək, ona görə də öz dilimizə qarşı sayğısızlıq göstərirlər"
"Mövzu ilə əlaqədar ciddi qınaq lazımdır"
Paytaxtımızda müxtəlif mağaza adlarının xarici dillərdə olması hər birimizə tanış mənzərədir. “Yataş bedding”, “Dodo”, "Viona" “Family dental”, ”Diva Accessories” və.s kimi obyektlər var. Küçədə bu adları oxuyan şəxs özünü harada hiss edə bilər?. Yəqin ki, xaricdə...
Təəssüf ki, belə hallarla yeni tanış deyilik. Əvvəllər də xarici dildə adlara üstünlük verilirdi. Əlbəttə, xarici dil bilgisinin olması təqdir olunan haldır. Lakin ölkəmizdə az qala addımbaşı hər mağazaya əcnəbi adın verilməsi təəssüf və sual doğurur.
Axı niyə?
Bu sualmıza cavab tapmaq üçün Nəsimi adına Dilçilik İnstitunun direktoru, professor Möhsün Nağısoyla əlaqə saxladıq. O "Sherg,az"a sözügedən mənzərənin xoşagəlməz olduğunu qeyd edib:
“Bu durum mənə də pis təsir göstərir. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2002-ci il qanunu var. Qanunun maddələrindən birində konkret olaraq deyilir ki, əcnəbi dildə lövhə ola bilər.
Lakin birinci şərt budur ki, əvvəlcə ana dilində olmalıdır və başqa dillərdə olan lövhə həcminə görə öz dilimizdəki lövhədən böyük həcmdə olmamalıdır.
Bu durum əsasən vətəndaşlıq mövqeyindən asılıdır. Bəziləri elə bilir ki, mağaza adını başqa dildə yazdırmaqla daha çox müştəri cəlb edəcək, ona görə də öz dilimizə qarşı sayğısızlıq göstərirlər. Mövzu ilə əlaqədar ciddi qınaq lazımdır.
Bir dəfə Türkiyədə möhtəşəm konfransda idim. Onda Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı dedi ki, “bu nədir Ankarada hər yerdə əcnəbi dildə yazılar var?”. Yəni belə problem yalnız bizdə deyil.
Fikrimcə, bu durum sırf vətəndaşların mövqeyindən, dilimizə olan münasibətdən asılıdır. Hansısa şəxs bilsə ki, onun dili dünyanın ən zəngin dillərindən biridir və dil xalqın ən böyük varlığıdır, belə işə yol verməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual