Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb
06:56 20.07.2021
Cəmiyyət
1240
Masallıda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Sherg.az-a verilən məlumata görə, Masallıda Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında keçirilən toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Həmin obyektlərin sahibləri və mərasim təşkilatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb. Belə ki, “Lanur” şadlıq sarayında keçiriən toy mərasimində icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı 4000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.
Bundan əlavə rayon ərazisində yerləşən “Qızılağac” şadlıq sarayında və “Yeni Dünya” restoranında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub. Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin sahibləri və toy təşkilatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə