
Məcburiyyət gərginlikdir! - Sosial şəbəkəyə azyaşlı axını: Alternativ tapılsın!
Yusif Nəzərli
16:28 01.01.2024
Cəmiyyət
802
Son vaxtlar azyaşlı tiktok istifadəçisi Adəm, videoları ilə gündəmdədir. Adəmin oxuyaraq təhsilə, inkişafa can atması gərəkdiyi bir vaxtda o, atası ilə birlikdə gün ərzində sosial şəbəkədə birbaşa yayımlar edir. Hətta izləyicilər də ona dəstək olaraq "jeton" atır.
Sual yaranır. Bu nə dərəcədə düzgündür? Müvafiq qurumlar bununla bağlı niyə tədbir görmür?
Məsələ ilə bağlı psixoloq Əfsanə Rüstəmova "Sherg.az"a bildirib ki, insanlar asudə vaxtlarını istədikləri kimi dəyərləndirmək azadlıqları var:
“Yəni hər kəs boş vaxtını onların əyləncə anlayışlarına uyğun olaraq qiymətləndirə bilər. İndiki nəslin əyləncə anlayışı daha çox sosial platformalarda və ya internetdəki virtual aləmdə hansısa fəaliyyətlə məşğul olmaqla keçir. Burada təbii ki, sosial medianının və onlayn oyunların qoyduğu yaş həddi var. Sosial şəbəkələrə 16 yaşdan yuxarı şəxslər daxil olmalıdır. Amma azyaşlı uşaqlar bunun bir şəkildə yolunu tapıb və daxil ola bilirlər. Sözügedən uşaq və ata, ümumilikdə isə bu tərz kontentlər hazırlayan şəxslərin etdikləri şey hazırki dövrə nisbətdə heç bir zidd davranış hesab olunmur. Ancaq maraqlıdır, bir insan sosial mediada bu cür davranışları sərgiləməyi özünə niyə icazə verir? Müzakirə ediləcək əsas mövzu bu olmalıdır. Hansı dəyərlərimiz dəyişib ki, biz artıq belə tərz davranışları normal qarşılayırıq? Amma azyaşlıların sosial mediadan istifadəsinin hüquqi dəyərləndirilməsi uşaqların əyləncə anlayışına müdaxilə edilməsi deməkdir. Bu doğru deyil”.

Ekspert vurğulayıb ki, nəyəsə qadağa qoymaqdansa, ona daha maraqlı alternativ yaradaraq rəqabətə girmək lazımdır:
“Həyacan təbili çalınmalıdır. Bu o demək deyil ki, uşaqlar sosial mediadan və internətdən istifadə etməsin. Gəlin, dəyər vahidlərini başqa yöndə formalaşdırmağa başlayaq. Başqa variantda nəticəni dəyişmək mümkün olmayacaq. SSRİ dövründən qalan qadağa qoymaq, məcbur etmək, qınamaq kimi üsullarla indiki uşaqlara müdaxilə etmək mümkün deyil. Bunu təcrübədə dəfələrlə görmüşük. Sosial mediadan istifadə edən azyaşlı uşaqların sayı artıbsa, bunun üçün əlavə maraqlı fəaliyyət növləri yaratmalıyıq. Ancaq bunu övladlarımız sərbəst seçimlə etdiklərini düşünməlidilər. Unutmamalıyıq ki, məcburiyyət gərginlik yaradır, bu isə tabe olmağı çətinləşdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə