“Məni biabır etdi, o qızı görsəniz, deyin ki…” – Jurnalistlə qalmaqal yaşayan tarzən DANIŞDI
“Məni biabır etdi, o qızı görsəniz, deyin ki…” – Jurnalistlə qalmaqal yaşayan tarzən DANIŞDI
10:29 09.01.2024
Cəmiyyət
557
“O jurnalist heç nədən məni biabır etdi. Telefonum susmur. Hamı zəng edib yas yerində baş verənlərlə bağlı soruşur”.
Bunu azvizion.az-a tar ifaçısı, mahir muğam bilicisi Elxan Müzəffərov əməkdar artist Aygün Bəylərin yas mərasimində İTV-nin jurnalisti ilə arasında baş verən səs-küylü hadisədən danışarkən deyib.
“Mənim kefim yox idi. Əziz adamım rəhmətə gedib, içim titrəyirdi. Uşaqlıqdan Aygünün üstündə əsmişəm, nə lazımdırsa etmişəm. İndi dəfn yeridir də. Camaat ağlaşırdı, hamının qanı qara idi. Həmin jurnalist mənə yaxınlaşıb dedi ki, Aygün haqqında danışım. Ona cavab verdim: “Mən heç nə deyə bilmərəm. Xahiş edirəm, gedin başqasından müsahibə götürün”.
İstəmirəm də. Jurnalist isə heç nə demədən arxa-arxaya getdi. Burada nə var ki, sən məni bütün Azərbaycana biabır edirsən. Mən nə tərbiyəsizlik etmişəm?! Onu incitmişəm, ya ağır, nalayiq söz demişəm?! İstəmirəm də. Zorla danışdıracaqsan? Danışacaq vəziyyətdə deyildim.
Dedim, kim tanış edib ki, durub gəlmisən? Bilmək istəyirdim də. Cavab verərdi də. Deyərdi ki, filankəs tanış edib və yaxud da etməyib də . Heç nə demədən çıxıb getdi. İndi də məni pisləyir.
O qızı görsəniz deyin ki, Elxan Müzəfərrov bunlara layiq adam, sənətkar deyil. Tanımırsan, ancaq linç edirsən. Birinin üstünə beşini qoyub təqdim etmək adamı vurmaqdır”, – tarzən bildirib.
Qeyd edək ki, Əməkdar artist Aygün Bəylərin yas mərasimi zamanı İTV telekanalının əməkdaşı tarzənə yaxınlaşaraq ondan mərhum müğənninin nəyi olduğunu soruşub . Tarzənin isə cavabı belə olub: “Mən onun nəyiyəm? Məni haradan tanıyırsınız ki, yaxınlaşmısınız”. Jurnalist yenidən A. Bəylərin qohumu olub olmadığını dəqiqləşdirməyə çalışıb və onun haqqında danışmasını xahiş edib. Tarzən isə ona:”Səni mənim üstümə kim göndəriib?”,- deyə cavab verib. Bundan sonra jurnalist oradan uzaqlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm