“Məqsəd pandemiyanın təsirlərini zəiflətməkdən ibarətdir”
Fidan Həmişəyeva
16:06 29.06.2020
Cəmiyyət
680
Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılıb. Bununla bağlı Parlamentin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə ediləcək. Əvvəlcə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilirdi.
Qeyd olunan əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 yüz manat, hüquqi şəxslər 800 manat məbləğində cərimələnəcək.
Cərimələrin artırılmasını “Sherg.az”a dəyərləndirən millət vəkili Vüqar Bayramov bildirib ki, maskalardan istifadə edilməməyə görə əksər Avropa, eləcə də bir sıra MDB ölkələrində kifayət qədər yüksək cərimələr tətbiq olunur.
Deputatın fikrincə, cərimələrin artırılmasında məqsəd məhz tibbi maskalardan istifadəyə nail olmaqla pandemiyanın təsirlərini minimumlaşdırmaqdan ibarətdir:
“Koronavirusun təsirlərinin azaldılması, pandemiyanın lokallaşdırılması hər birimizin qaydalara əməl etməsindən asılıdır. Xüsusən bir sıra Avropa ölkələrinin təcrübəsi göstərir ki, hər bir şəxsin qaydalara əməl etməsi, tibbi maskadan istifadəsi çox vacibdir. Bu qaydalara əməl olunursa, o zaman pandemiyanın təsirlərinin azaldılmasını müşahidə edə bilərik”.
V.Bayramov qeyd edib ki, tibbi maskalardan istifadə edilmədiyi halda koronavirusun lokallaşdırılması zaman alacaq:
“Təbii ki, inzibatı metodlar, eyni zamanda təbliğat və maarifləndirmə tibbi maskalardan daha çox istifadə edilməsinə gətirib çıxaracaq. Bu da pandemiyanın təsilərinin qısa müddətdə azalmasına və virusun lokallaşdırılmasına səbəb ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region