Meşəli sakini: "Xaçatryan damarımı kəsdi ki, qanaxmadan ölüm"
19:46 17.10.2023
Cəmiyyət
462
"Hələ 18 yaşım olanda Vaqif Xaçatryanın işgəncələrinə məruz qalmışam".
Bunu Xocalı rayonunun Meşəli kənd sakini Məmməd Kazımov Azərtac-a müsahibəsində deyib.
M.Kazımov fikirlərinə belə davam edib: "Xankəndidə sürücülük məktəbini bitirmişəm. Meşəlidən olan tanışlarımla imtahan verməyə getmişdik. Qəfildən yolumuzu 50-60 nəfər kəsdi, bizi Xankəndi şəhər polis şöbəsinə apardılar. Orada amansız işgəncələrə məruz qaldıq. Şöbədə olduğumuzun səhəri günü Vaqif Xaçatryan da gəldi. Elə bildim ki, Meşəlidən olduğu üçün bizə kömək edə bilər. Polislərdən birindən bizim kim olduğumuzu soruşdu. Dedilər ki, Meşəlidəndirlər. Polis məni göstərib dedi ki, bu uşağı nə qədər döyürük, xeyri yoxdur, elə "Qarabağ bizimdir" qışqırır. Bundan sonra Vaqif Xaçatryan mənə işgəncə verməyə başladı. Axırda biçaqla ayaq damarımı kəsdi ki, qanaxmadan ölüm. Növbəti gün bizi rus mayor xilas elədi. Bizi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qoyub qayıtdılar”.
1991-ci il dekabrında baş verən Meşəli hadisələrindən danışan sakin belə deyib:
“O zaman özünümüdafiə dəstəsində döyüşçü idim. Bilirdim ki, Xaçatryan qarşı tərəfin dəstə rəhbəridir. Biz onların rabitə aparatlarına qoşulurduq, Xaçatryanı səsindən tanıyırdıq. Onlar bundan əvvəl rayonun Cəmilli kəndinin sakinlərinə divan tutmuşdular. Bizi təhdid edirdi ki, Meşəlini Cəmillidən də betər edəcəyik. Azərbaycan dilində deyirdi ki, əlilləri, qocaları, qadınları kənddən çıxarın. Biz Vaqifi səsindən tanıyırdıq, həm də qarşı tərəfdən girov götürüb onlardan söz alırdıq. Etiraf edirdilər ki, qruplardan birinin rəhbəri Vaqif Xaçatryandır. Ümumilikdə, Xocalı hadisələrində 46 nəfər yaxınımı itirmişəm. Danmağına baxmayaraq, Vaqif Xaçatryan təkcə Meşəlidə deyil, digər ərazilərdə də insanlara işgəncə verib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm