Mətbuat Şurası jurnalist Qadir İbrahimlinin ölümü ilə bağlı nekroloq yayıb
Yusif Nəzərli
08:41 20.05.2022
Cəmiyyət
376
Mətbuat Şurası jurnalist Qadir İbrahimlinin ölümü ilə bağlı nekroloq yayıb.
Məlumata görə, mətndə deyilir:
"Azərbaycan jurnalistikasında özünün dəst-xətti ilə seçilən, “İstiqlal.az” saytının baş redaktoru, istedadlı həmkarımız Qadir İbrahimli vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.
İbrahimli Qadir Nadir oğlu 19 dekabr 1968-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Hələ gənclik illərindən həyatını jurnalistika ilə bağlayıb. Ölkənin tanınmış kütləvi informasiya vasitələrində çalışmaqla oxucu rəğbəti qazanıb. Peşənin verdiyi üstünlüklər, əməksevərliyi onu həm də iqtisadçı ekspert kimi formalaşdırıb, cəmiyyətə tanıtdırıb. Ölkəmiz, cəmiyyətimiz üçün əhəmiyyət daşıyan bir sıra layihələrdə ekspert və koordinator olub.
Q.İbrahimli ictimai həyatda fəal iştirakı ilə seçilib. 2008-ci ildən “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri olub. Media ictimaiyyətini narahat edən məsələlərə intensiv və ardıcılıq münasibətilə fərqlənib. 2010-cu ildən Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının tərkibində yer alıb, komissiyanın üzvü və sədri kimi fəaliyyət göstərib.
Q.İbrahimli həmçinin Odlar Yurdu Univeristetində iqtisadiyyat və menencment üzrə pedaqoq olaraq da çalışıb, bilik və bacarığını gənc nəslə çatdırıb. Qadir İbrahimli səmimiyyəti, qayğıkeşliyi, dostcanlılığı, gülərüz siması, pozitiv əhval-ruhiyyəsi ilə onu tanıyan hər kəsin xatirəsində əbədi yaşayacaqdır. Bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşür, səbr diləyirik.
Allah rəhmət eləsin!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm