Milli Observatoriya: “İşaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var”
Milli Observatoriya: “İşaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var”
Yusif Nəzərli
12:29 07.10.2022
Cəmiyyət
434
“İşəgötürən şirkətlərin baş ofisləri, əsasən, Bakıdadır, bu səbəbdən işəgötürənlərin 92%-i paytaxtda cəmləşib”.
APA xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev bildirib. Onun sözlərinə görə, daha sonra Abşeron yarımadası, Sumqayıt şəhəri 1,2 % ilə önə çıxır:
“Digər şəhərlərimizdə isə işəgötürənlərin əmsalı 1% ətrafında dəyişir”.
Sədr müavini qeyd edib ki, işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var:
“Azərbaycanda ali təhsilli məzunlar öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Məzun olduqdan sonra mütləq hansısa beynəlxalq sertifikasiya proqramına cəlb olunurlar, bundan sonra aidiyyəti üzrə iş tapmaq ehtimalları artır.
Bu gün iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi ixtisasından məzun olan minlərlə tələbə var. Lakin reallığa baxsaq, ölkəmizdə bu sahədə kifayət qədər iş yeri varmı? - Yox. Nəticə etibarı ilə onlar fərqli sahələrə yönəlirlər. Məzunlarımızın, işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə