MN bəzi şəxslərə “Müharibə veteranı” adının verilməməsinə münasibət bildirib
Yusif Nəzərli
16:10 28.03.2022
Cəmiyyət
685
Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsi ilə “Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.
Nazirlikdən "Report"a bildirilib ki, bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı əsassız tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar:
"Bildiririk ki, səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.
Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm