
“Narkomaniyaya qarşı neomaarifləndirici layihələr işlənməlidir”
Yusif Nəzərli
14:13 22.11.2022
Cəmiyyət
472
“Eyni zamanda cəmiyyət özündə təpər tapıb ictimai qınağı və nəzarəti gücləndirməli, hər bir məhəllədə və binada antinarkotika qrupları yaradılmalıdır”
“Bu qruplarda isə valideynlər, gənclərimiz, QHT rəhbərləri və məmurlar növbətçilik sistemi ilə fəaliyyət göstərməlidirlər"
“Narkotik maddələrin Azərbaycan bazarına ayaq açması və həbslərə baxmayaraq günü-gündən gənclərimizi zəhərləyən insanların çoxalması cəmiyyətdə həyəcan təbili çalmağa səbəb olur”.
Bunu “Sherg.az”a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq, Aydın Xan Əbilov “qara bazar”da “patı”, “şüşə” adlandırılan və son dərəcə təhlükəli maddə sayılan metamfetaminin xüsusi çəkisinin kəskin artaraq əvvəlki illərlə müqayisədə rekord həddə çatmasından danışarkən deyib.

O bildirib ki, sadəcə maarifləndirməklə bu cür vərdişlərdən uzaq saxlamaq mümkün deyil:
“Müxtəlif dövlət qurumları narkotik vasitələrlə mübarizə və onların qanunsuz dövriyyəsi ilə əlaqədər aparılan profilaktik tədbirlər barəsində tez-tez ictimaiyyət qarşısında hesabatlar verirlər. Bu hesabatlara, həbslərə baxmayaraq , mənfi vərdişlərin və narkotikadan istifadənin azaldığını görmürük. Əlbəttə, bunlar kompleks şəkildə həll edilməli məsələlərdir. Burada tək Gömrük komitəsinin yox, bütün dövlət qurumları və nazirliklərin ciddi adımlarına ehtiyac var. Azərbaycanda narkotik vasitələrin istifadəsi ilə bəzi liberal addımlar atılıb.
Yəni Avropada istifadə olunan metodlardan yararlanılır. Bura isə Azərbaycandır və bizim toplum həbslərdən, ciddi qadağalardan və cərimələrdən çəkinir. Sadəcə maarifləndirməklə bu cür vərdişlərdən uzaq saxlamaq mümükün deyil. Digər tərəfdən cərimələr və maarifləndirmə ilə yanaşı, yeni metodlar tapılmalıdır. Burada isə məktəblər, ailələr, ictimai qurumlar, media resursları və ixtisaslaşmış məmurların birgə fəaliyyəti daha düzgündür”.
Ekspert qeyd edib ki, narkotik vasitələrin istifadəsi və satışının təkcə insanlara deyil, ölkəmizə vurduğu zərərlə bağlı layihələr işlənməlidir:
“Burada bədii filmlərdən, sosial kliplərdən və təbliğat xarakterli ən aşağı yaş həddində uşaqlara ünvanlanmış maarifləndirici materiallardan istifadə edilməlidir. Lakin bununla bağlı çox az sayda proqram var. Yəni ümumilli bir problem olan "ağ ölümə" qarşı rəsmi qurumların fəaliyyətində zəifliklər müşahidə olunur.
Düzdür, Azərbaycanın BMT ilə birlikdə narkotik maddələrə qarşı dövlət proqramları yer alır. Hətta Nazirlər Kabineti yanında bir qurum da təsis edilib. Amma biz bu problemin həllini yox, əksinə daha da kəskinləşdiyini görürük. Düşünürəm ki, ictimai xadimlər və media ilə əlaqədar dövlət qurumları sintetik uyuşturucu maddələrin zərəri ilə bağlı neomaarifləndirici layihələrlə işləməlidir. Eyni zamanda cəmiyyət özündə təpər tapıb ictimai qınağı və nəzarəti gücləndirməli, hər bir məhəllədə və binada antinarkotika qrupları yaradılmalıdır. Bu qruplarda isə valideynlər, gənclərimiz, QHT rəhbərləri və məmurlar növbətçilik sistemi ilə fəaliyyət göstərməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual