Nazir müavini: “Azərbaycanda meşə yanğınları oduncaq itkisinə səbəb olmayıb”
Nazir müavini: “Azərbaycanda meşə yanğınları oduncaq itkisinə səbəb olmayıb”
Yusif Nəzərli
14:39 30.09.2022
Cəmiyyət
697
“Heç bir dövlət meşə yanğınlarından sığortalanmayıb. Bu il genişmiqyaslı yanğınlar daha çox şimal bölgəsində qeydə alındı. Yanğının əhatə dairəsinin geniş olmasının əsas səbəbi havanın həddən artıq küləkli olmasıdır. Elə günlər olurdu ki, küləyin sürəti saniyədə 20-22 metrə çatırdı”.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğınların söndürülməsi üçün su lazımdır:
“Azərbaycan azsulu ölkədir, həmçinin yüksək dağlıq ərazilərdə sututarlar mövcud deyil. Meşələrin 85 faizinin dağlıq ərazilərdə olduğunu nəzərə alsaq, hansı çətinliklərlə üzləşdiyimizi təsəvvür etmək mümkündür. Dağlıq ərazilərdə texnikanın hərəkəti mümkün deyil. Bu zaman amfibiya təyyarələrdən istifadə olunur ki, onların da küləkli günlərdə havaya qalxması risklidir. Ona görə də hər zaman vətəndaşlara, xüsusilə fermer təsərrüfatlarının sahiblərinə odla diqqətli davranmaq barədə çağırışlar edirik”.
Nazir müavini bildirib ki, Azərbaycan meşələrində enliyarpaqlı ağaclar üstünlük təşkil etdiyindən, meşə yanğınları zamanı demək olar ki, oduncaq itkisi olmur:
“Əsasən alt yarus, yəni kol-kos, ot örtüyü yanır. Dağlıq ərazilərdə ot örtüyü daha qalındır. İlk növbədə onlar yanmaya məruz qalır. Fərq etməz meşə fondu, bələdiyyə torpağı olsun, bir kvadratmetr ərazi yanırsa, buna çox məyus oluruq. Çünki həmin ərazi bizim Vətənimizin bir parçasıdır”.
Azərbaycanın azmeşəli ölkələr sırasında olduğunu diqqətə çatdıran nazir müavini əsas prioritetin mövcud meşələrin qorunması olduğunu diqqətə çatdırıb:
“Əkdiyimiz fidanların nə zaman ağac olması sual altındadır. Meşə strateji məhsuldur. Hər birimizin borcudur ki, onu qoruyub gələcək nəsillərə saxlayaq. Hər bir vətəndaş meşələrin qədrini bilməlidir”.
F.Əliyevin sözlərinə görə, kameralar quraşdırılan meşələrdə çox az hallarda yanğın baş verir:
“Lakin hər yerdə də kamera quraşdırmaq olmaz. Bu, çıxış yolu deyil. Əlavə dövlət vəsaitləri sərf edincə, vətəndaşların məsuliyyətli olması daha səmərəli nəticə əldə etməyimizə kömək edə bilər. Azərbaycanda meşə yanğınlarının 98 faizi antropogen amillərlə bağlıdır. Kəndlərin ətrafında yerləşən meşələrə daha çox müdaxilələr olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya