Nənəsi yaşında qadınla evləndi
Yusif Nəzərli
08:28 20.05.2022
Cəmiyyət
620
4 milyon dollarlıq mirasa əl qoydu
“Bəxtiyar” filmində Hüseynova bacılarının ifa etdiyi mahnı yadınızdadı; “…baban, evlənir? - Babam evlənir. - 90 yaşında?!.” Bənzər hadisə Türkiyədə baş verib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, 2014-cü ildə 31 yaşlı Harun Erikçi 83 yaşlı Hatice Nuran Temizəllə evlənib. Onların tanışlığı isə 2005-ci ildə başlayıb. Harun Erikçi özündən 52 yaş böyük – yəni nənəsi yaşında biriylə eyni evdə yaşayıb. H.Erikçinin dediyinə görə, bir neçə il sonra nənə “nəvəyə” onunla evlənməyi təklif edib. Səbəb isə H.Erikçinin dediyinə görə, Haticənin mirasını bacısının övladlığa götürdüyü uşaqlara nəsib olmamasıymış. H.Erikçi də dəli deyil ki, razılaşmasın. Razılaşıb və onlar rəsmi qaydada evləniblər. 3 il sonra nənə rəhmətə gedib. Mirası isə Erikçiyə qalıb. Əsas hadisələr bundan sonra cərəyan etməyə başlayıb. Haticənin bacısı bu evliliyin ləğv edilməsi iddiasıyla məhkəməyə müraciət edib. Məhkəmə edilən müraciəti əsas götürərək mirasdan istifadəni məhkəmə qərarı açıqlananadək dayandırıb. Haticənin bacısı H.Erikçinin bacısıyla yalnız miras əldə etmək məqsədiylə evləndiyini iddia edir. Məhkəməyə təqdim edilən sənədlərdə Haticənin psixoloji problemləri olduğu, ağıl sərrastlığını itirdiyi qeyd edilir. Zatən, H.Erikçi də Haticəylə eşq-filan yaşadığını iddia etmir: “Biz sevərək evlənmədik. Onunla tanış olduğumda yaşadığı binada zibilləri toplayırdı. Həmin binada ona məxsus mənzillər vardı. Kirayə vermişdi, pulunu alırdı. Amma onu aldadırdılar. Pulunu vermirdilər. Mən ona kömək etdim. Birlikdə yaşamağa başladıq. O özü mənə evlilik təklif etdi. Dedi ki, mirasının bacısının övladlığa götürdüyü uşaqlarına qalmasını istəmir. Mənimlə olmasa, başqa biriylə evlənəcəyini dedi. Mən də razılaşdım. Evliliyimiz 5 il sürdü. Evliliyimizin 4-cü ilində bacısı bu evliliyin ləğvi üçün məhkəmə iddiası qaldırdı. Mirasdan istifadə yasaqlandı. Ovaxtadək mirasdan istifadə haqqım olsa da, istifadə etməmişdim”. H.Erikçi deyib ki, Haticə ilə bacısının münasibətləri soyuq olub, 45 il görüşməyiblər. Haticə rəhmətə gedəndə isə ortaya çıxıb miras davası “döyürlər”. Maraqlıdır ki, məhkəmə qərarında cütlüklər arasında yarım əsrlik – 52 yaş fərqi olması “həyatın normal axınına uyğunsuzluq” kimi dəyərləndirilir, həmçinin evləndiyi zaman Haticə Nuran Təmizəlin yataq xəstəsi və əldən düşmüş olması səbəbiylə doğru qərarlar vermək iqtidarında olmadığı qeyd edilir. Haticənin bacısı da “31 yaşlı bir gənc 83 yaşlı qocayla niyə evlənir? Əlbəttə ki, miras üçün. Bunun maddi gəlir əldə etməkdən başqa açıqlaması ola bilməz” deyib. Hətta H.Erikçiyə qarşı Haticə Nuranı öldürməsi ehtimalı ilə də cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm